Minyon, yəni qısaboy qadınların xəyalı təbii ki uzun olmaqdır. Bu fizioloji olaraq mümkün olmasa da, bəzi taktikalarla uzun görsənmək mümkündür.
TurpKimi.com qısaboylu qadınları həm uzun, həm də qəşəng göstərəcək hiylələr haqda bəzi bilgiləri oxucuları ilə bölüşür.
Qısa ətəklə iti burun bot geyinmək
Sadə bir hərəkətlə olduğunuzdan daha uzun görünmək mümkündür. Mini ətək, həcmli köynək və ayaq biləyindən olan iti burun botlar seçmək lazımdır. Bu botlar gözləri birbaşa aşağıya çəkəcəkdir.
Bacarıqlı, peşəkar dərzi çox vacibdir
Boyunuzun uzun, ya da qısa olmağı fərq etməz, peşəkar dərzilik hər kəs üçün çox əhəmiyyətlidir. Yaxşı tikilən paltar insanı hər zaman qəşəng göstərir. Qısaboylular üçün dərzinin keyfiyyətli işi daha önəmlidir. Paltarın sizi yaraşıqlı göstərməsini istəyirsinizsə, əyninizə tam oturmasına diqqət etməlisiz.
Yüksək bel şalvarlardan istifadə edin
Qısaboylu qadın yüksək bel şalvar geyməlidir. Xüsusilə bu il parlaq plastik şalvarların dəbdə olduğunu bilirsiniz.
Belinizdə həmişə kəmər olsun
Minyon ulduzlardan Courtney Trop parçaların düzgün siluetlərindən faydalanıb özünə stil yaradanlardan biridir. Uzunboylu illiziyası yaratmaq üçün böyük görünən ayaqqabılar seçir və üzərinə geydiyi pencəyi də belindən sıx bağlayır. Üzərinə taxdığı qalın kəmərli çanta isə onun daha həcmli görünməsini təmin edir.
Dar kəsimli şalvarlar geyinin
Biləkdən kəsilmiş cins modelləri bu il də dəbdə olacaq. Bu səbəblə bir neçə dənə əldə etməkdə fayda var. Əgər qısaboylu bir qadınsınızsa, xüsusilə üzərinizə oturan, yüksək bel və biləkdə kəsilmiş olanları seçməlisiniz. Bu sizi olduğunuzdan daha uzun göstərəcək.
Vüsalə Əlövsətqızı, TurpKimi.com