Qışda gözlərimizə ən çox təsir edən nələrdir?
Quru və sərt hava qışda dərimizlə yanaşı gözlərimizə də mənfi təsir edir. Bu isə gözlərimizin təbii nəmliyini itirməsinə və qurumasına səbəb olur.
Evdə, işdə, maşın və market kimi bir çox yerlərdə kondisionerlərin buraxdığı sərt və quru havanın təsirinə məruz qalırıq. İsinmək üçün istifadə olunan kondisioner və kombilər havadakı nəmliyin səviyyəsini aşağı salır. Olduğumuz mühitin havasını qurudaraq bədənimizin tarazlığına mənfi təsir göstərən qızdırıcılar dəriyə və tənəffüs sisteminə zərərli təsirləri ola bilir. Quru və sərt hava dərimiz qədər gözlərimizə də pis təsir edir, gözlərimizin qurumasına səbəb olur.
Həkimlər bildirir ki, quruyan gözlərin ilkin göstəriciləri gözlərdə hədsiz yanma, batma, quruluq hissi və yavaş-yavaş vərdiş etməyə başladığımız gözlərdəki sulanmadır. Qızarmaya da tez-tez rast gəlinir. Bunun üçün kombi və qızdırıcı olan yerlərdə əgər hava qurudursa, otaqda nəmləndirici cihazlardan və ya gözyaşı damcılarından istifadə edə bilərsiniz. Bundan başqa, bol su içmək və gözyaşını artıran omega-3 tərkibli qidalarla qidalanmaq da faydalıdır. Xüsusilə göz linzalarından istifadə edənlərdə bu hallara daha çox olur. Bu kimi hallarda gözyaşı damcıları ilə birlikdə 1 gün bir dəfə istifadə olunan silikon linzalar taxmaq münasibdir.
Bir çox insan tərəfindən günəş eynəkləri sadəcə yaz-yay aylarında istifadə olunan aksessuar kimi qəbul edilir. Lakin günəşdən gələn zərərli şüalar ilin bütün fəsillərində gözlərimizə mənfi təsir edə bilir. Qışda ultrabənövşəyi şüalarla birlikdə külək də gözlərimizə təsir edir. Fotoxromik olan, gün işığında tündləşən, qapalı məkanlarda isə rəngi açılan optik şüşəli eynəklər gözlərimizi zərərli təsirlərdən qoruya bilir.
Firuzə Alimova / TurpKimi.com