Qış aylarında havanın temperaturunun azalması ilə bərabər xərclədiyimiz enerji də artır.
Bədənimiz soyuqdan özünü qoruya bilmək üçün daxildən enerji sərf edir, orqanizm istiliyini tarazlamaq üçün davamlı olaraq işləyir və lazım olan qaynağı tapa bilmədikdə də yorğunluq və tez acma qaçınılmaz olur.
Qışda vücudun xərclədiyi enerjini bərpa etməyi üçün müəyyən qidaların istehlakı vacibdir.
TurpKimi.com qışda yeməli olduğumuz qidaların siyahısını təqdim edir:
Somon
Somon balığı ən çox omeqa 3 mənbəyi olmağı ilə yadda qalır. Lakin son illərdə somonun yağda əriyən vitamin növü və çox qüvvətli antioksidant xüsusiyyəti olan aksaksantinlə zəngin olduğu kəşf edilib. Bu maddə cavanlaşdırmaqdan tutmuş immuniteti gücləndirmək və enerji maddələr mübadiləsinə qədər mühüm rol oynayır. Həftədə 1 dəfə 150-200 qram somon istehlak etməkdə fayda var. Lakin balığın təmiz dənizlərdən tutulmağı çox əhəmiyyətlidir.
Qoz, fındıq, badam
Çərəzlərin həm omeqa 3 tərkibi yüksəkdir, həm də B12 vitamini ilə zəngindir. Bu xüsusiyyəti ilə enerji verən qidalar arasında seçilirlər. Eyni zamanda maqnezium və dəmirlə zəngin olan qoz, fındıq və badamı hər gün 1 ovuc istehlak edə bilərsiniz. Qabıqlı çərəzləri yaxşı olar ki, yeməzdən əvvəl sındırıb təzə-təzə yeyəsiniz.
Nar
Nar qış meyvələri içində həm C vitamini ilə çox zəngin olan, həm də enerjimizi artıran bir meyvədir. Qış aylarında həftədə bir neçə dəfə istehlak etməkdə fayda var. Lakin nizamlı olaraq antihipertansiv (təzyiqsalıcı) və diüretik (sidikqovucu) dərman vasitələrindən istifadə edənlər istehlak etməməlidirlər.
Qırmızı ət
Qırmızı ət dəmirlə çox zəngin olan qidadır. Bildiyimiz kimi dəmir qan hüceyrələrinin quruluşunda var. Dəmir çatışmazlığı qanazlığına səbəb olur. Bu problemin qarşısını almaq üçün həftədə 3 dəfə bir boşqab ət istehlak edin. Qırmızı ət bədənin enerjili olmasına da kömək edir.
Kələm
Təbii su atıcı xüsusiyyəti ilə onsuz da diyet siyahılarının önündə gedən kələm enerji verən qidalar arasındadır. Şişkinliyin azalması, qan dövranının sürətlənməsi xərclənən enerjinin artması deməkdir. Mövsümün tərəvəzi olduğuna görə, həftədə ən az 1 dəfə kələm yeyilməlidir.
Yulaf
Yulaf lif məzmunu yüksək qidadır. Kompleks karbohidratla zəngin taxıl növüdür. Qana yavaş-yavaş sorulduğuna görə, insulini artırmır. Qan şəkəri sürətlə yüksəlib düşmədiyindən də enerji verən qidalar siyahısına daxildir. Ayrıca ehtiva etdiyi betaqlükan sayəsində həzm sisteminin işini yaxşılaşdırır, enerji istehsalını artırır. Həftədə 2-3 dəfə nahar yerinə və ya ara pay olaraq istehlak edə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 10-01-2020