Nədən və necə hazırlanmalıdır ki, faydası qışa qalsın?!
Soyuqlar düşən kimi hər birimizin səhhətində problem yaranır və tez-tez xəstələnirik. Lakin evində mürəbbəsi olanlar tez sağalacaq. Çünki tərkibi vitaminlə zəngin olan mevələrdən yayda toplayıb qış üçün hazırlıq görənlər mütləq özünü xəstəliklərdən sığortalamış olur. Ancaq unutmayın ki, mürəbbəni çox yemək olmaz. Əks halda qan şəkərinin səviyyəsi yüksələ bilər.
TurpKimi.com qışda sağlamlıq üçün orqanizmə faydalı olan mürəbbələrin siyahısını təqdim edir:
1.Qarağat mürəbbəsi
2.Qırmızı aroniya (Ryabina) mürəbbəsi
3.Gavalı mürəbbəsi
4.Moruq mürəbbəsi
5.Küknar qozası mürəbbəsi
6.Qızılgül mürəbbəsi
7.Albalı (vişnə) mürəbbəsi
8.Alma mürəbbəsi
QARAĞAT MÜRƏBBƏSİ ən faydalı mürəbbələrdən biri hesab olunur. Əksəriyyət bu turş giləmeyvənin müalicəvi xüsusiyyətlərindən xəbərdardır. Qara qarağatda çoxlu miqdarda C vitamini var və həmçinin qripin əsas düşməni olan fitonisidlərlə zəngindir. Mürəbbənin daha faydalı forması qaynadılmış deyil, yarıbişmiş halda hazırlanmasıdır.
QIRMIZI ARONİYA (Ryabina) mürəbbəsi stress və yuxusuzluqla mübarizədə əla vasitədir. Sinir sistemi üçün çox faydalıdır. Həmçinin bu giləmeyvənin mürəbbəsi qan təzyiqini aşağı salır, sinir sistemini sakitləşdirir və iş qabiliyyətini artırır.
GAVALI MÜRƏBBƏSİ P vitamini ilə zəngindir. Bu mürəbbə qan damarlarının divarlarını gücləndirir və ürək-damar xəstəlikləri riskini azaldır.
Soyuqdəymə, boğaz ağrıları və yüksək hərarətlə mübarizədə MORUQ MÜRƏBBƏSİ əvəzolunmazdır. Laringit, faringit və digər boğaz xəstəlikləri zamanı tam bişmiş mürəbbəni yemək faydalıdır. SARS və öskürək əlamətlərində isə yarımbişmiş halda hazırlanmış mürəbbəni çaya əlavə etmək daha yaxşıdır. Moruq mürəbbəsi qızdırmasalıcı xüsusiyyətə malikdir.
KÜKNAR QOZASININ MÜRƏBBƏSİ çox məşhur deyil, amma əsl vitamin bombasıdır. Antibakterial xüsusiyyətləri ilə məşhurdur, həmçinin ürək və qan damarları üçün çox faydalıdır.
Qeyri-adi və çox dadlı QIZILGÜL MÜRƏBBƏSİ mədə üçün çox faydalıdır: həzmi yaxşılaşdırır, mədə xoralarının yaranma riskini azaldır, maddələr mübadiləsini normallaşdırır. Tərkibindəki efir yağları bakteriyalarla mübarizə aparır və sinir sistemini sakitləşdirir. Belə bir mürəbbədə vitaminlərin qorunub saxlanması üçün qızılgül ləçəklərini qaynatmadan, sadəcə şəkər tozu ilə bağladıqda daha çox vitamini özündə saxlayacaq.
Həkimlər sübut ediblər ki, ALBALI MÜRƏBBƏSİ sümük və oynaqlar üçün son dərəcə faydalıdır, qan damarlarını gücləndirir və təzyiqi aşağı salır. Albalı həm də soyuqdəymə zamanı əvəzolunmaz vitamin və turşularla zəngindir.
ALMA MÜRƏBBƏSİ və ya cemi ürək üçün inanılmaz dərəcədə faydalı olan pektinlə zəngindir . Həmçinin bədəndən xolesterol və ağır metalları xaric edir. Hər kəsə məlumdur ki, alma ürək üçün faydalı olan dəmir və kaliumla zəngindir.
Mənbə: unian.net
Firuzə Alimova / TurpKimi.com