Qızıl təbəqədən istifadə olunacaq...
Qış fəslinin gəlişi ilə eynək taxanların problemi yenidən gündəmə gəlir.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, yeni araşdırma ilə gözlüklərin şüşələrinə əlavə ediləcək son dərəcə incə təbəqə bu problemi keçmişdə qoyacaq.
Qızılı nano-təbəqə ilə örtülən eynəyin şüşələri səthdə kondensasiyanın əmələ gəlməsinin qarşısını alır və heç bir şəraitdə şüşədə buğlanma olmur.
Tədqiqatçılar nano-təbəqənin standart istehsal üsulları ilə hazırlana biləcəyini və istənilən optik məkanlarda buğlanmayan eynək düzəltmək üçün bahalı olmayan avadanlıqlara ehtiyacın olmadığını ifadə edib.
Bundan başqa, istifadə olunan qızılın miqdarı da çox azdır. Çünki təbəqənin qalınlığı cəmi 10 nanometrdir. Bu, alüminium folqadan 1600 dəfə nazikdir.
Firuzə Alimova / TurpKimi.com