Azərbaycanda qiymətli daşların və mədəniyyət məhsullarının alqı-satqısı nağdsız formada aparılacaq.
Azərbaycanda qiymətli metalların və qiymətli daşların alqı-satqısı zamanı ümumi məbləği 15 min manatdan artıq olduqda ödəniş nağdsız qaydada həyata keçiriləcək.
Prezident İlham Əliyev bununla bağlı “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Qanuna əsasən, Azərbaycanda dəyəri 15 min manatdan çox olan qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı nağdsız formada aparılacaq.
TurpKimi.com