Qız uşaqlarını hər gün sabunla yumayın - Pediatr


Körpə yaşdan qız uşaqlarını gündəlik gigiyena təmizləməsi zamanı istənilən sabundan istifadə etməklə yumaq olmaz.

qiz-usaqlarini-her-gun-sabunla-yumayin
15.03.2021 20:13 1 dəq oxuma

Pediatr Tərlan Eyyubov valideynlərə vacib informasiya çatdırıb. O, anaları körpələrdə intim nahiyənin hər gün sabun və ya gellərlə yuyulmasından çəkinməyə çağırıb.

"Kiçik yaşlı qız uşaqlarında tez-tez sabundan istifadə onların cinsiyyət üzvlərində sinexiyaların yaranmasına səbəb olur. Uşaqları həftədə 2 dəfədən tez olmayaraq sabunla yumaq olmaz.

Sinexiya qız uşaqlarında cinsiyyət dodaqlarında bitişiklərin və anomaliyanın yaranmasıdır. Bu zaman asimmetriya yaranır". //Milli.az

TurpKimi.com