Qız uşaqlarının saçını uzatmaq böyüməsinə mənfi təsir edir?


Bəziləri deyir ki, saç orqanizmdəki vitaminləri özünə çəkir.

qiz-usaqlarinin-sacini-uzatmaq-boyumesine-menfi-tesir-edir
17.02.2021 22:05 1 dəq oxuma

Bu gün bir çox valideynlər cəmiyyətdə eşitdikləri yalan-yanlış məlumatlarla doldurulurlar. Məhz eşitdikləri həmin sözlərə görə uşaqların saçlarını uzatmamağa çalışırlar. Beləliklə, uzun saçın uşağın inkişafına mənfi təsir etdiyini düşünən ailələr ətraflarında olan insanların da belə düşünməsinə səbəb olurlar. Bəs, bu deyilənlər doğrudurmu?

Aparılan araşdırmalardan əldə edilən məlumatlara görə, saç uzatmağın uşağın inkişafıyla bağlı heç bir əlaqəsi yoxdur. Yəni “uşaq saçını uzatsa sağlam böyüyə bilməz!” düşüncəsindən vaz keçin.

Övladlarınızın inkişafı üçün vacib olan şeylər, onun sağlam qidalanması və fiziki cəhətdən aktiv (idman) olmasıdır. Lakin uşağınızın saçları zəifdirsə, onu canlandıra və daha sağlam edə bilərsiniz. Bunun üçün saçın növünə uyğun müxtəlif saç yağlarından, krem və ya bitki tərkibli dəmləmələrdən istifadə etmək mümkündür.

TurpKimi.com Prof.Dr. İbrahım Saraçoğlunun saçları gurlaşdıran dəmləməsini təqdim edir:

Saçları nazik və ya az olan övladınız balacadırsa, elə indidən qulluq edərək saçlarını sağlam edə bilərsiniz. Bunun üçün 1 stəkan suya yarım çay qaşığı lavanda töküb 7-8 dəqiqə dəmləyin və süzün. Uşağınızı çimizdirdikdən sonra hər dəfə saçlarına töküb qurulamayın. Həm uşağın başından gözəl qoxu gələcək, həm də saçları sağlam və parlaq olacaq.

Firuzə Alimova / TurpKimi.com