Qlobal istiləşmə - ÖLÜMCÜL GÖBƏLƏK infeksiyası yaradıb


Antibiotiklər belə təsir etmir.

qlobal-istilesme
07.05.2021 17:11 1 dəq oxuma

Alimlər antibiotiklərə qarşı dözümlü olan insanlara təsir edən ölümcül göbələyin qlobal istiləşmə nəticəsində ortaya çıxadığına inanır.

TurpKimi.com “Telegraph”a  istinadən xəbər verir ki, “Candida auris” (C.auris) adı verilən ölümcül göbələyin ilk dəfə 2009-cu ildə Yapniyada 70 yaşında bir qadında ortaya çıxdığı və o gündən bu yana dünyaya sürətlə yayıldığı bildirilir.

İlk dəfə 2013-cü ildə İngiltərədə rast gəlinən göbələk 200-dən çox insana yoluxub və 8 nəfərin ölümünə səbəb olub. Mütəxəssislər göbələyin dərman müalicələrinə cavab vermədiyini, çox sürətlə yayıla bildiyini xəbərdarlıq edib və qlobal istiləşmənin yüksəlməsiylə insan bədənində 36-37 dərəcə istilikdə artmaq üçün kifayət qədər münbit şərait tapa bildiklərini qeyd ediblər.

ABŞ-ın John Hopkins Universitetindən molekulyar mikrobioloq üzrə mütəxəssis Dr.Arturo Casadevall iqlimin istiləşməsiylə birlikdə həmin orqanizmlərin özlərini daha yüksək istiliyə adaptasiya edə bildiklərini və insanın qoruyucu bədən istiliyinə belə girə bildiklərini söyləyib. Göbələyin digər növlərinin dəri infeksiyalarına yol açdığı, yeni növlərinin də Hindistan, Cənubi Afrika və Afrikada qan dövranı infeksiyalarına səbəb olduğu bildirilib.

Belə ki immun sistemi güclü olan insanlar göbələyi yox edə bildiyi halda, immun sistemi zəif olan insanların daxili orqanlarında infeksiyaya və ya eşitmənin itirilməsi kimi problemlərə yol açır.

Yazılıb: 07.08.2019

Firuzə Alimova / TurpKimi.com