Son zamanlarda bəz insanların qlütenə qarşı allergiyası qidalanmada problemlər yaradır.
TurpKimi.com seçimi az olan insanlar üçün qlütensiz makaron reseptini paylaşacaq.
Qlüten nədir?
Çörək, makaron, bütün dənli bitkilər, pivə, kaşa və s. kimi məhsulların tərkibində olan zülaldır. Qlüten səhər yeməyində, hazır souslar, yoqurt, hətta pomada da ola bilər. Qlüten yapışqana bənzəyir, buna görə də hazır qida toxumalarını və görünüşünü yaxşılaşdırmaq üçün məhsullara əlavə olunur. Bu xüsusiyyətinə görə qlüten - yapışqan adlandırılır.
Qlütensiz bir çox məhsulların saxlama müddəti az olardı. Qlüten şirniyyat - çörək məhsullarını yumuşaq və zərif edir. Lakin, bütün üstünlükləri ilə yanaşı "yapışqan" xüsusiyyəti ilə mədənin həzm prosesini çətinləşdirir və bu ağır qida allergiyası ilə nəticələnə bilər.
Qlüten ehtiva etməyən ev üsulu makaron resepti üçün bizə lazım olan ərzaqlar:
1 su stəkanı ağ düyü unu
1 su stəkanı kartof nişastası
1 çay stəkanı qarğıdalı unu (istəyə bağlı)
2 ədəd böyük ölçüdə yumurta
1 yemək qaşığı zeytun yağı (istəyə bağlı)
Bir çimdik duz
Hazırlanması:
Böyük bir qaba düyü unu, kartof nişastası və qarğıdalı unu töküb (varsa) yaxşıca qarışdırın. Unları bir-birinə yaxşı qarışdırın ki, nəticəniz əla alınsın.
Ortasını açın və yumurtaları qırın. Əgər zeytun yağı istifadə edəcəksinizsə indi əlavə edin.
Yavaşca qarışdıraraq yumurtaları un qarışığına yedirin. Qarışıq bir az quru görünürsə, az miqdarda su əlavə edərək daha yaxşı bir konsistensiya aldırın. Ancaq qarışığın çox yapışqan hala gəlməməsinə diqqət yetirin.
Xəmiri yoğurmaq üçün dəzgahı yüngülcə unlayın. Xəmiri dəzgaha qoyun və təxminən 10 dəqiqə boyunca yoğurun. Xəmir hamar və elastik hala gəlməlidir.
Xəmiri streçlə sarıyın və təxminən 30 dəqiqə gözləyin. Bu müddət ərzində xəmir daha çox elastik hala gələcək.
Xəmiri yenidən unlanmış bir dəzgahda açın. Oxlovla incəldin. Xəmiri istədiyiniz qalınlıqda aça bilərsiniz. Makaron üçün ideal qalınlıq 1-2 mm-dir. Açılan xəmiri kəsmək üçün makaron kəsici və ya bıçaqdan istifadə edin. Makaronu istədiyiniz şəkildə kəsə bilərsiniz. Fərqli makaron növləri üçün fərqli kəsmə variantları vardır.
Makaronları yüngülcə unlu bir nimçəyə yığın və ya qurutmaq istəyirsinizsə asa bilərsiniz. Bu arada suyu qaynadın.
Duzlu qaynar suya makaronları əlavə edin və təxminən 2-3 dəqiqə qaynadın. Qlütensiz makaron daha tez bişir. Makaronlar bişdikdə süzün və istədiyiniz sous və ya yeməyin içinə əlavə edin. Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yenilənib