Qlütensiz qidalananlar üçün - 3 sağlam UN


Faydalı tərkibli və buğda unu qədər əlverişli...

qlutensiz-qidalananlar-ucun-3-saglam-un
12.02.2022 02:04 1 dəq oxuma

Gün ərzində qidalanarkən qlüten tərkibli qidalardan yan qaçırsınızsa, sizə buğda ununa alternativ olan sağlam unları təqdim edirik.

1 – BADAM UNU

Qlütensiz un axtarırsınızsa, şirniyyat üçün badam unundan istifadə edə bilərsiniz. Badam unu təbii şirinliyə məxsus olduğu və çərəz dadı verdiyi üçün möhtəşəm un sayılır. Faydalarına gəldikdə isə, qlütensiz olduğu üçün çölyak xəstələri üçün sağlam bir seçimdir. Yüksək maqnezium tərkibi ilə şəkərin səviyyəsinə nəzarət edir. Antioksidant və E vitamini ilə zəngindir. Tərkibində prebiotik liflər olduğu üçün bağırsaqların sağlamlığı üçün faydalıdır.

2 – KİNOA UNU

Proteinlə zəngin olan bir toxumdur. Qlütensiz tərkibi ilə sağlam seçim olan bu undan buğda unu kimi çörək, keks və daha çox un məmulatlarının bişirilməsində istifadə etmək olar. Faydalarına gəldikdə: qlütenə qarşı dözümsüzlüyü olan isanlar üçün sağlam qidadır. Yaxşı protein qaynağıdır, vitamin və minerallarla zəngindir. Şəkər, xolesterin və ürək problemləri olan insanlar üçün çox faydalıdır.

3 – MƏRCİMƏK UNU

Mərcimək qida maddələri ilə zəngin olan sağlam qidadır. Bu ləzzətli paxlalı bitki unundan sıyıq, keks, hətta çörək də hazırlamaq olar. Mərcimək unu protein və kalsiumla zəngindir. Erkən yaşlanmaya qarşı tərkibə malikdir, ona görə də dəri üçün yaxşıdır. Həmçinin ana südünü artırır və həzmə kömək edir.

Firuzə Alimova / TurpKimi.com