Qucaqlaşmağın sağlamlığa 10 müsbət təsiri - İnanmayacaqsız, amma sübut olunub


Qucaqlaşmaq, bir-birinə sarılmaq bəzən dərmandan belə təsirli ola bilir. 

qucaqlasmagin-saglamliga-10-musbet-tesiri
26.05.2022 17:07 1 dəq oxuma

Həyat sandığımız və ya xəyal etdiyimiz qədər asan deyil. Həddindən artıq stress həm ruhi, həm də fiziki olaraq xəstəliyə tutulma ehtimalını daha da artırar. 

Şəfqəti təmsil edən qucaqlaşmaq ruhi böhran yaşayan insanların ehtiyac duyduğu ən təsirli dərmanıdır. 

Aparılan araşdırmalara görə 20 saniyəlik səmimi  və daxildən gələn sarılmaq insanı anidən  xoşbəxt edir.

Qucaqlaşmaq insanın yarandığı vaxtla eyni keçmişə malikdir. Psixoterapiyada adamı sakitləşdirmək üçün tətbiq olunur.  Qucaqlaşmağın, sarılmağın faydaları nələrdir? Sarılmaq insan psixologiyasına necə təsir edir?

TurpKimi.com bu sualların cavabını oxucuları ilə bölüşəcək. 

Alimlər qucaqlaşmağın 10 faydasını  araşdırıblar:

1. Ruhu sağaldar.

2. Təzyiqi aşağı salar.

3. Soyuqdəymə  riskini azaldar.

3. Sarılmaq immunitet sistemini güclü edər.

4. Sarılmaq serotoninin səviyyəsini artırar.

5. Yaşlanma əleyhdarıdır, əzələləri gücləndirər. 

6.  Sözsüz ünsiyyəti və əlaqələri gücləndirər.

7. Depressiyadan çıxmağa kömək edər.

8. Sinir sistemini tarazlayar, sakitləşdirər.

9. Ürək xəstəliklərindən qoruyar.

10. Ağrını kəsər və ya aradan qaldırar.

Sevdiklərinizin yanında olmağı və onları bərk-bərk qucaqlamağı unutmayın!.Sonra gec ola bilər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com