Qulağımızdakı hansı bölgə nə işə yarayır? - İZAHI FOTOLARDA


Qulaqlarınız qızarır, yoxsa solğun rəngdədir?

qulagimizdaki-hansi-bolge-ne-ise-yarayir
24.08.2022 20:16 1 dəq oxuma

Yazıda göstərəcəyimiz nöqtələri yavaşca sıxsanız kiçik ağrılardan qurtula bilərsiniz. Skelet sistemiylə əlaqəli olan 200-dən çox akupunktur nöqtələrinə təsir etməklə müxtəlif sağlamlıq problemlərinizi həll edə bilərsiniz.

TurpKimi.com bildirir ki, qulaq refleksləri stress və ağrılardan qurtulmaq üçün əl və ayaq refleksləri qədər təsirlidir.

Hətta qulağın quruluşunu ana bətnində olan körpəyə bənzədirlər.

Siz də şəkildəki nöqtələri yavaşca sıxsanız kiçik ağrılardan xilas ola bilərsiniz.

1 – Bel və çiyin ağrıları;

2 – Orqanlar;

3 – Sümüklər;

4 – Burun sinusları və boğaz;

5 – Sinir sistemi;

6 – Baş və ürək;

Dünyaya gələrkən qulaqlarımız tamamilə formalaşmış olur və biz böyüdükcə dəyişmirlər. Beləcə qulaqlarımız barmaq izi kimi də qəbul edilə bilər.

Aparılan bir araşdırmaya görə, qulaq məməsinin bağlı olduğu yer, insanın utancaq və ya tələbkar genetikaya məxsus biri olduğunun ortaya çıxmasını göstərir.

Əgər çarpaz qulaq qırışıqlığınız varsa, böyük ehtimalla siz ürəyin işemik xəstəliyindən əziyyət çəkirsiniz.

Qulaqlarınız qırmızıdırsa, böyrəklərinizdə problem ola bilər.

Əgər qulaqlarınız çox solğun rəngdədirsə, kifayət qədər vitamin və kalsium qəbul etmədiyinizdən əmin ola bilərsiniz.

Qulaqlarınızda kəskin qızartılar mövcuddursa, bu yaddaşın itməsinə, davamlı baş fırlanması və ya beyində problemlərin bir olmasına işarə ola bilər. Qulaq qığırdağının iltihablanması təkrarlanan polikondrit adlı xəstəliyin göstəricisidir.

Firuzə Alimova / TurpKimi.com

16-03-2019