Qulağınıza 2 damla tökün və gün keçdikcə təsirinə təəccüblənin


Səs-küylü ətraf mühitin təsirlərinə qarşı təbii vasitə...

qulaginiza-2-damla-tokun-ve-gun-kecdikce-tesirine-teeccublenin
03.05.2021 00:40 1 dəq oxuma

İllər ötdükcə sağlam həyat tərzi üçün lazım olanları yerinə yetirmədikdə, duyğu orqanlarımızın fəaliyyəti getdikcə azalır. Xüsusilə də yaşlandıqca eşitmə orqanında problemlərin yaşanması mümkündür. Lakin bəzən bu hal yaş, cinsiyyət, irq və sosial status kimi həyat şəraitinə görə də fərqli nəticələr göstərə bilər.

TurpKimi.com-un təqdim edəcəyi güclü təbii vasitə ilə eşitmənizdə yaranmış problemin 87 faizini geri qazandıracaqsınız. Bunun üçün 3 diş sarımsaq, zeytun yağı, damlalıq (pipetka) və pambıq lazımdır.

Sarımsağı soyduqdan sonra yaxşıca yuyun. Həvəngdəstədə yaxşıca əzin və üzərinə az miqdarda zeytun yağı əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra içindəki püreni ayırın. Qarışımı daha yaxşı təsirli etmək üçün 1 gün gözləyin.

Gündə hər qulağa 2-3 damcı tökə bilərsiniz. Daha sonra qulaqlarınızı pambıq və ya tənziflə bağlaya bilərsiniz. Davamlı tətbiq etməklə eşitmə qabiliyyətinizin yaxşılaşdığına şahid olub təəccüblənəcəksiniz.

Mənbə: saglikhaberleri.com

Firuzə Alimova / TurpKimi.com