Qulağınızın dəyişən forması bu xəstəlikdən xəbər verir


Bizi nədənsə xəbərdar edir...

qulaginizin-deyisen-formasi-bu-xestelikden-xeber-verir
23.05.2023 00:41 1 dəq oxuma

Zaman keçdikcə insan orqanizmində bəzi dəyişikliklər baş verə bilər. Baş verən bu dəyişikliklər bəzi xəstəliklərin xəbərçisi də olur. Diqqət etmədikdə isə həmin dəyişikliklər pis nəticələrə gətirib çıxarır.

Belə ki, həyatımıza mənfi təsir edən və sonradan ölümcül nəticələrə səbəb ola biləcək xəstəlikləri qulağın formasından da anlamaq mümkündür.

Hər kəsdən fərqli olan damarlı və sümüklü qulaq quruluşuna sahib olmaq və qırışlı görünüş əslində bizi nədənsə xəbərdar edir.

İndi isə güzgünün qarşısına keçin və  qulağınıza diqqətlə baxn. Qulağınızın forması dediyimiz kimidirsə, ürək sağlamlığınızın təhlükədə olduğunu göstərir. Həmin görünüş ürəyinizdə çırpıntı və ağrı hissi yaşadığınızı ortaya çıxarır.

Məsələn, qulaq məməsində müxtəlif dərinlikdə qırışların əmələ gəlməsi koronar arteriya xəstəliyinin əlaməti ola bilər. Ancaq qulağınızdakı fərqli dəyişikliklər xəstə olduğunuz demək deyil. Əgər belə bir vəziyyətdən şübhələnirsinizsə, mütləq həkim nəzarətindən keçməyinizdə fayda var.

Firuzə Alimova / TurpKimi.com