Qulaq pirsinqinin TƏHLÜKƏLƏRİ


Dermatoloq və kosmetoloqun məsləhəti...

qulaq-pirsinqinin-tehlukeleri
05.11.2024 01:03 1 dəq oxuma

"Qulaq pirsinqi keloid çapıqlarının əmələ gəlməsinə səbəb ola bilər, çünki bu nahiyə tez-tez saç və papaqlarla zədələnir".

TurpKimi.com xəbər verir ki, bunu dermatoloq və kosmetoloq Olqa Malaxova “Radio 1” ilə söhbətində deyib. Onun sözlərinə görə, belə şişləri olan xəstələr müalicə üçün onkoloji xəstəxanaya göndərilməlidir.

“Keloid çapığı toxumanın anormal sağalmasıdır. Çapıqlar adi zədədən daha böyük olur. Onlar həmişə qaşınır, şişir və narahatlıq yaradırlar. Qaşıntı prosesin böyüdüyünü və aktiv olduğunu göstərir. Demək, yaranı müalicə etmək lazımdır", - həkim vurğulayıb.

O əlavə edib ki, şişlik, qızartı və axıntı kimi simptomlar 10-14 gündən çox davam edərsə, qulaqda mioma və ya keloid əmələ gəlmə riski artır.

Təzə ponksiyonların hər hansı travması çapıqlara səbəb olur: “Lakin uşaq yaşlarda  toxumalar sürətlə bərpa edildiyindən neoplazmaların olma ehtimalı daha azdır”, - Malaxova qeyd edib.

Keloid çapıqları...

QAZİLER.AZ