Qulaqda bu qat nəinki yaşlı, hətta orta yaşlı və gənc insanlarda da yarana bilər.
İnsan qulağının sırğalıq, uc hissəsində qatın yaranması həmin insanın yaxın zamanda insult ola bilməsi ehtimalını göstərir. Bu fikrə İsrail həkimləri gəlib.
TurpKimi.com xəbər verir ki, Saleh Nazzal, Basem Hicazi və Arnon Blyumun Amerika tibbi jurnalında dərc etdirdikləri məqaləsində yazılır ki, qulağın ətli sırğalıq hissəsində yaranan belə qat, qırış Frenk işarəti adlanır. Bu qat arteriyaların tıxanması nəticəsində yaranır. Daha çox hipertoniklərdə rast gəlinir.
241 pasiyenti araşdıran həkimlər nəticədən şoka düşüblər. Belə ki, qulağında " Frenk işarəsi" olan 88 pasiyentin 78-i insult keçirib. 153 pasiyentin 122-si isə mikroinsult keçirib.
Qeyd edək ki, qulaqda bu işarət hələ 40 il əvvəl amerikalı həkim Sanders Frenkin diqqədini cəlb etmişdi. O, qulaqdakı bu qatla ürək çatışmazlığı arasında bağlılıq aşkarlamışdı. Ona görə bu işarə onun adı ilə adlandırılıb. Əgər qulaqda bu qat yaranıbsa, təcili baş beyin damarları yoxlanmalı, ürək-damar sistemi nəzarətə alınmalıdır.
Qulaqda bu qat nəinki yaşlı, hətta orta yaşlı və gənc insanlarda da yarana bilər.
Pressaz.info