Qulaqlıqların uşaqlar üçün təhlükəsi barədə xəbərdarlıq edildi


Qulaqlıqlar azyaşlı uşaqlar arasında getdikcə populyarlaşır...

qulaqliqlarin-usaqlar-ucun-tehlukesi-barede-xeberdarliq-edildi
27.02.2024 22:34 1 dəq oxuma

Miçiqan Universitetinin alimləri xəbərdarlıq ediblər ki, qulaqdaxili qulaqlıqlar uşaqları daha güclü səs-küyə məruz qoyur və sağlamlıq üçün risklər yarada bilər. Araşdırma zamanı onlar müəyyən ediblər ki, hər altıncı valideyn övladına gündə ən azı iki saat bu şəkildə musiqi dinləməyə icazə verir.

TurpKimi.com “KP.RU”ya istinadla yazır ki, tədqiqatın müəlliflərindən biri, pediatr Syuzan Volford qeyd edib ki, qulaqlıqlar azyaşlı uşaqlar arasında getdikcə populyarlaşır.

Araşdırmada iştirak edən valideynlərin yarısı qulaqlıqların uşaqlarını əyləndirməyə kömək etdiyini etiraf edib. Onlar ən çox evdə, məktəbdə və avtomobildə istifadə olunur. Uşaqların demək olar ki, 10%-i küçədə qulaqlıq taxır və hətta onunla yatmağa gedir. Volford aydınlaşdırıb ki, beş-səkkiz yaş arası uşaqlar qulaqlıqların təsirinə daha çox həssasdırlar, çünki onların eşitmə sistemi hələ formalaşmayıb. Daim eşidilən yüksək səslər də yuxuya, ümumi stress səviyyələrinə və qan təzyiqinə mənfi təsir göstərir.

Firuzə Alimova / TURPKİMİ.COM