Quranda adı çəkilən, insan orqanizminə faydaları sübut olunmuş - 4 MÖCÜZƏVİ QİDA


Peyğəmbərimizin söylədiyi bu 4 qida şəfa qaynağıdır.

quranda-adi-cekilen-insan-orqanizmine-faydalari-subut-olunmus
04.05.2019 15:06 5 dəq oxuma

Yeyib içdiyimiz qidaların sağlamlığa həqiqətən necə təsir etdiyini artıq hər birimiz bilirik. Sağlam qidalanmaq üçün seçdiyimiz qidalar bizi xəstəliklərdən qoruyur və həyat keyfiyyətimizi artırır. Bu sağlam qidalardan bəzilərinin isə adı Qurani-Kərimdə keçir. Bəs Həzrəti Peyğəmbər (s.a.s) tərəfindən faydaları qeyd edilən şəfalı qidalar hansılardı?

TurpKimi.com faydası sübut edilmiş və Quranda adı keçən möcüzəvi qidaları təqdim edir:

1 - XURMA

Mədəaltı vəzin insulini ifraz etməsini davamlı təmin edir və şəkərin səviyyəsini qoruyur.

Quranın Məryəm surəsində xurmanın doğumu asanlaşdırdığı bildirilir.

Həmçinin surədə xurmanın doğuşdan sonra (zahılıq dövrü) süd hormonlarını hərəkətə keçirərək ana südünü artırdığı deyilir.

Peyğəmbər (s.a.s) “qadınlarınıza hamiləlik zamanı xurma yedizdirin. Kim hamiləliyində xurma yeyərsə, onun uşağı ağıllı və ciddi olur” deyir.

Çünki xurma Hz.Məryəmin hamiləlik vaxtı yediyi qida idi. Əlbəttə xurmadan daha yaxşı qida olsaydı, Allah digər meyvələri Məryəmə təklif edərdi.

Xurmada dekstroz və fruktoza göstəricisi 75-87 faiz arasında dəyişir. Tərkibində qlükoza yoxdu, ancaq A, C, B1, B2, B3, B6, B9, B12, K vitaminləri, betakaroten və oligo elementi var.

Bildiyimiz kimi A vitamini güclü antioksidantdır, gecə korluğunun qarşısını alır. Eyni zamanda ağız və ağciyər xəstəliklərinə qarşı qoruyur.

Betakaroten (provitamin A) təbiətdə tapılan A vitamininin ilk formasıdır. Bu vitamin bədənimizdəki DNA, hüceyrə membranı və protein quruluşunu təmin edir, ürək və damar xəstəliklərinin yaranmasının qarşısını alır, spermanın yaranmasına kömək edir.

Tərkibindəki zeaksantin maddəsi isə yaşlılıqla bağlı əzələ əriməsinin qarşısını alır. Sidik qovucudur və böyrəklərdə daşın yaranmasına əngəl olur. Təzə xurmanın içində olan pitosin maddəsi aybaşı sancıları zamanı yaxşı təsir edir.

Xurma liflə zəngin olduğu üçün qəbizliyə dərmandır, bağırsaqların işləməsini qaydasına salar. Eyni zamanda yüksək lif sayəsində pis xolsetrol olan LDL-nin aşağı düşməsinə səbəb olur. Həmçinin bağırsaqlarda xərçəngin yaranmasına yol açan biokimyəvi maddələri azaldır.

Tərkibində flavonoid, polifenol antioksidantı olaraq tanınan tanin maddəsi var. Tanin iltihabı, bədəndəki qanamaların qarşısını alan bir maddədir.

Bundan başqa xurmanın tərkibində çox az qidada olan oligo elementi, natrium, kalium (banandakından 2,5 dəfə daha çoxdur), kalsium, dəmir, mis, maqnezium, sink, manqan, kükürd, xlor, fosfor, florin (digər meyvələrdən 4 dəfə çoxdur) var. Xumra diş əti və dişlərin sağlamlığı üçün çox faydalıdır.

Dəmir - Xurmanın içərisində 0,9/100mq dəmir vardır. Qırmıızı qan hüceyrələrindəki qana rəng verən hemoqlobinin yaranmasına təsir edən vacib mineraldır.

Gündə 15 ədəd orta boyda xurma yemək bir insanın gündəlik dəmirə olan ehtiyacını təmin edir.

Kalium - Ürək döyüntüsü və təzyiqin tənzimlənməsi üçün çox əhəmiyyətlidir. Kalsium və fosfor isə sümüklərin əriməsinin qarşısını alır, mis isə qırmızı qan hüceyrələrinin yaranmasına dəstək olur.

Bir çox özəlliyi ilə yanaşı aclıq hissini gecikdirdiyi üçün arıqlamağa kömək edən bir meyvədir. Xüsusilə də çox acıyanda və ya şirniyyata ehtiyac duyanda, 10 ədəd fındığı 2 xurmayla birlikdə yeyib üstündən 1 stəkan su için və 2-3 saat aclıq hiss etməyəcəksiniz.

2 - BAL

Balın da tərkibində fruktoza və qlükoza kimi təbii şəkərlər, maqnezium, kalium, kalsium, mis, yod, sink, natrium xlor, kükürd, dəmir və fosfor kimi minerallar, B1, B2, B3, B5, B6 və C vitaminləri var. Həzm edilməsi çox asan olduğu üçün bağırsaq və böyrəklərin daha yaxşı işləməsinə kömək edir.

Güclü enerji qaynağıdır. İlıq su ilə qarışdırılıb içildiyi zaman 7 dəqiqəyə qana qarışır. Bu isə beynin işləməsini sürətləndirir. Qanın yaranmasına dəstək olur.

Müəyyən bakteriyaların, maya və kifin çoxalmasına mane olur. Bədənin müqavimətini və müdafiə mexanizmasını artırır. Antioksidantdır.

Yaraların üstünə sürtəndə dəridə epitel toxumasının yaranmasını sürətləndirir.

Toxumada hidrogen peroksid (oksigenli su) yaradaraq mikrobların çoxlamasının qarşısını alır. Beləliklə, həşərat dişləməsində, dəri kəsiklərində, eqzema və yanıqlarda müsbət təsir edir. Çünki iltihab önləyici təsiri vardır.

Bal yeni kalpiyarların meydana gəlməsinə səbəb olur. Bal bir az darçın və su ilə qarışdırılıb ağrı olan yerə sürtülərsə, ağrının azaldığı müşahidə ediləcək.

Həmin qarışıq bir az zeytun yağı ilə qarışdırılıb 15 dəqiqə tətbiq edilərsə, saç tökülməsinin qarşısını alır.

Bir qaşıq bal ilə yarım çay qaşığı toz darçın qarışdırılaraq gündə 3 dəfə qəbul edilərsə, öskürək və bəlğəm yaradan infeksiyanı aradan götürür.

Həmçinin 2 qaşıq bal, 4 qaşıq limon suyu və bir az duz qarışdırılaraq qarqara edilərsə, boğazdakı infeksiyaları azaldır.

2 qaşıq bal ilə 3 çay qaşığı toz darçın dəmlənmiş çaya qatılaraq içilsə, xolestrolun səviyyəsini aşağı salır.

3 - ZEYTUN VƏ ZEYTUN YAĞI

Zeytun yağı ürəkdəki damarları qoruyur və qidalandırır, döş xərçənginin yaranmasının qarşısını alır. Pis xolestrolu aşağı salır və damarları daralmağa qoymur. Antioksidantdır. Tərkibində damarların sərtləşməsinə mane olan polifenol var ki, mədə xərçənginə yaxalanma riskini aşağı salır, ana südünü isə artırır.

Yeganə doymamış yağ turşusudur. Elmi araşdırmalarda bunun xərçəngin qarşısını aldığı artıq sübut olunub. Mədədə yaranın yaranmasına mane olur.

4 - SİRKƏ

Sirkə həzm sistemi və metabolizmanı sürətləndirir. Ona görə də sirkənin arıqlamağa olduqca müsbət təsiri var. Sirkə qidaların mədə turşusu tərəfindən parçalanmasını sürətləndirərək nazik bağırsaqlara keçməsini sürətləndirir. Beləliklə, sirkə nazik bağırsağı təmizləyir. Ağızda qarqara edildikdə, mikrobları öldürür və infeksiyaların artmasının qarşısını alır.

2 ay ərzində gündə 2 dəfə başdakı saçın dərisinə sürtülərsə, pul şəklində açılmış (göbələk infeksiyası olmayan) saç tökülmələrinə qarşı təsirlidir.

Yuxusuzluqdan əziyyət çəkənlər 1 çay qaşığı alma sirkəsi ilə 2 çay qaşığı balı 1 stəkan ilıq suda həll edib içərsə (axşam yeməyindən 1,5 saat sonra), yatmağa kömək edir.

Arıqlamaq üçün gündə 3 dəfə yeməkdən sonra (ac qarına əsla olmaz) 1 xörək qaşığı suya qarışdırılaraq içilməsi məsləhətdir. İnsulinin ifrazını və qandakı şəkəri tənzimləyir.

Firuzə Alimova / TurpKimi.com