İş günü ilə istirahət günlərinin yeri dəyişdirilib.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.
TurpKimi.com bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar imzalayıb.
Qeyd edək ki, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
Beləliklə, 4 gün 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul ardıcıl qeyri iş günləri olacaq.
TurpKimi.com