Qurban ətini paylayanda sümük vermək olmaz! - VACİB NÜANSLAR


Qurban əti haqqında bunları bilmək lazımdır...

qurban-etini-paylayanda-sumuk-vermek-olmaz
28.05.2023 22:19 1 dəq oxuma

Bildiyimiz kimi, bu il Qurban bayramı iyun ayının 28-29-unə təsadüf edir. Artıq bir çox ailələrdə qurban kəsməyə hazırlıq görülür.

Qədim dövrlərdə qurban kəsmək, qurban ətinin saxlanması qaydaları daha çətin idi. İndi isə çox asandır.

Turpkimi.com Türkiyə mediasına istinandla qurban əti kəsmək istəyənlərin bilməsi vacib olan təfərrüatları təqdim edir:

Qurban kəsilən heyvanın üçdə biri qurbanı kəsənin sahibinə verilir, üçdə biri qonaqlara və dostlara, üçdə biri isə kasıblara paylanır.

Qurbanın əti təzə olduğu üçün qoxusu qəssabdan və ya bazardan aldığınız dincəlmiş ətdən daha kəskin olur.

Bəzi insanlar qurban ətini yuyur, amma bu çox yanlışdır. Qurban ətinin yuyulması ətdəki bakteriyaların miqdarını sürətlə artırır. Qurban əti heç vaxt yuyulmur.

Qurban əti kəsilib hissələrə bölündükdən sonra 1 gecə dinləndirilmədən dərhal torbalara yığılsa yaşıllaşır. Odur ki, qurban əti kəsildikdən sonra 24 saat dincəlməyə qoyulmalı və günün sonunda yeyilməlidir.

Qurbanı kəsərkən heyvan dartındığı üçün əti çox sərt olur. Dincəlməyə qoyulmadan yeyilməsi həzm sistemində problemlərə yol açar. Dərhal kəsib bişirib yemək gələcəkdə ciddi xəstəliklərə səbəb ola bilər.

Qurban ətinin ideal saxlama müddəti 3 ay, maksimum 1 ildir. Bundan daha uzun müddət saxlanılan ət sizə xeyirdən çox zərər verəcək.

Qurban kəsə bilməyənlərə ət paylananda sümük verilmir. Sümüksüz ətin verilməsi daha uyğundur. Əks halda hörmətsizlik olar.

Firuzə Alimova / TurpKimi.com