Qurdlar ölür, yumurtaları qalır - Bağırsaqdakı parazit və mikrobları yox edən 4 UNİKAL VASİTƏ


Qurda qarşı müalicə alırsız, amma fayda vermir?

qurdlar-olur-yumurtalari-qalir
18.04.2019 12:23 3 dəq oxuma

Gecələr dişi parazitlər yoğun bağırsağın ətrafına kiçik yumurtalar qoyur. Bu yumurtalar bədən xaricində 2 həftəyə qədər yaşaya bilir. Bu isə həmin adamın yenidən parazitlərə yoluxması deməkdir. Çünki qurdun yumurtaları tez bir zamanda ətrafa yayılmağa başlayır.

TurpKimi.com isə həmin parazitlərin bədənimizə yayılmadan bağırsaqlardakı mikrobları yox edən qidaları təqdim edir. Amma əvvəlcə bilməliyik ki;

Orqanizmdə qurdun göstəriciləri nələrdir?

Təəssüf ki, bir çox parazitin göstəricisi olmur. Parazitə yoluxmuş şəxsin, adətən anal dəliyi ətrafında qaşınma olur və bu hal gecələr daha da kəskinləşir. Bundan başqa ortaya çıxa biləcək digər göstəricilər bunlardır:

- İştahsızlıq;

- Qarında köp;

- Bağ ağrısı, mədə bulanması və baş gicəllənməsi;

- Zəiflik;

- Üzün saralması;

- Yatarkən dişlərin qıcanması;

- Qəbizlik;

-  İshal;

- Genital orqanlarda infeksiya;

Nə edə bilərik?

Həkim qurdlara qarşı müalicə təyin edəndə onlar təqribən 15 gün ərzində yox olurlar. Ancaq parazitlər yaşamasa da, yumurtaları qalır. Ona görə də yaxşı olardı ki, 2 həftədən sonra müalicəni təkrarlayasınız. 

Müalicə zamanı aşağıdakı məsləhətlərə də diqqət edin:

- Dırnaqlarınızı qısaldın;

- Paltarlarınızı itsi suyla yuyun və evinizi mikrob öldürən maddələrlə təmizləyin;

- Əllərinizi gündə bir neçə dəfə yuyun;

- Hər gün duş qəbul edin və anal dəliyinizi yaxşıca yuyun;

- Əllərinizi ağzınıza sürtməyin;

Əgər ailədə bir nəfərdə qurd varsa, hər kəsi müalicə etmək lazımdır. Parazitlərdən qurtulmaq üçün həkimin müalicəsiylə yanaşı yazacağımız bu təbii üsullardan bəzilərini tətbiq edə bilərsiniz:

1 - SARIMSAQ, BALQABAQ TUMU VƏ NANƏ...


Sarımsaq parazitləri aradan götürə bilən antiseptik və antibakterial bir bitkidir. Balqabaq tumları immun sistemini gücləndirir və çox gözəl sink qaynağıdır. Nanə isə orqanizmdə olan parazitləri keyitməyə kömək edir. 

- 2 diş sarımsaq;

- 1 xörək qaşığı balqabaq tumu (10 q)

- 3 ədəd nanə yarpağı;

Hazırlanması:
Sarımsağı doğrayın, balqabaq tumlarını təmizləyib sarımsağa əlavə edin. Nanə yarpaqlarını da əlavə edib xəmir kimi olana qədər bütün qarışımı birlikdə əzin. Bu qarışımdan hər gün bir xörək qaşığı qəbul edin. Əgər dadı çox kəskindirsə, su ilə qəbul edə bilərsiniz. Bu müalicə üsulunu həftədə ən azı bir dəfə edin. 

2 - NANƏ VƏ MİNERAL SU


Nanə bədənimizi təmizləmək və bağırsaqdakı parazitləri yox etmək üçün təbii antiseptik vasitədir. 

- 10 qram nanə yarpağı;

- 150 ml mineral su;

Hazırlanması:

Mineral suyu qaynadın və içinə nanə yarpaqlarını atın, dəmlənməsi üçün 5 dəqiqə gözləyin. Ocağın üstündən alın və 10 dəqiqə yenə gözləyin. Gündə bir fincan için. Hazırlayandan sonra dərhal içməyə çalışın. Bu qarışımı 2 həftə dalbadal qəbul etməyə davam edin. 

3 - KƏKLİK OTU

Kəklik otunun tərkibində göbələk və parazitləri yox etmək üçün köməkçi bakteriyalara sahib olan thymol maddəsi var. Bu maddə qaz və həzm problemlərini azaldır. 

- yarım litr su;

- 2 xörək qaşığı kəklik otu (20q)

Hazırlanması:

Suyu qaynadın və kəklin otunu içinə əlavə edin. 10 dəqiqə aşağı temperaturda dəmləyin. Dəmlədikdən sonra soyumasını gözləyin və ac qarına için. 

Qeyd: bu qarışımı digər içkilərlərlə qarışdırmayın. Şirniyyat və un məmulatlarından uzaq durun. Bir həftə bu dəmləməni içə bilərsiniz.

4 - LİMONLU KÖK SUYU

Kök həmz sistemi üçün əla tərəvəzdir, çünki liflərlə zəngindir. Bundan başqa, orqanizmin təmizlənməsi üçün antioksidant özəlliyə sahibdir. Limon isə orqanizmdəki toksiki maddələri təmizləmək üçün faydalıdır. 

- 300 q kök;

- 1 ədəd limonun suyu (5ml)

Hazırlanması:

Kök və limonu yaxşıca yuyun. Kökün suyunu sıxın, üzərinə limon suyunu əlavə edib qarışdırın. Hazır olan kimi dərhal için. Bu təbii müalicəni 3 gün təkrarlayın. 

Firuzə Alimova / TurpKimi.com