Quru göz sindromuna səbəb olan AMİLLƏR


Ən çox kimlərdə olur?

quru-goz-sindromuna-sebeb-olan-amiller
01.11.2025 16:40 1 dəq oxuma

Oftalmoloq Alena Şkatova kondisionerlərdən və ya qızdırıcılardan çıxan hava, toz və ya qapalı məkanda olan tüstünün quru göz sindromuna səbəb ola biləcəyini bildirib.

TurpKimi.com xəbər verir ki, bu barədə o, "Veçerney Moskve" nəşrinə açıqlamasında deyib.

Həkim vurğulayıb ki, digər mənfi amil kompüter monitorlarından çıxan elektromaqnit şüalanmasıdır. Gündə dörd-altı saatdan çox ekran qarşısında vaxt keçirən insanlar risk altındadır.

“Fakt budur ki, vizual olaraq diqqəti cəmləşdirdikdə və davamlı olaraq ekrana baxdıqda, refleksiv yanıb-sönmə tezliyi azalır. Bu da göz səthinin qorunmasının azalmasına səbəb olur”, - Şkatova izah edib.

O əlavə edib ki, bu sindrom lazer görmə korreksiyası keçirmiş xəstələrdə, hormonal dərmanlar və ya antidepressantlar qəbul edənlərdə də yayqındır. Bundan əlavə, hormonal balanssızlığı olan insanlar da risk altındadır. Kontakt linzalar taxmaq da quru göz ehtimalını artırır.

Firuzə Alimova / TURPKİMİ.COM