Gözəl və şumal saçlara kim sahib olmaq istəməz ki?
TurpKimi.com quru, yıpranmış, qırılan saçlar üçün təsirli maska reseptini təqdim edir:
2 xörək qaşığı kefir və xardal götürün, üzərinə təzə yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. Qarışığı başı yumazdan əvvəl başa sürtün. Sonra başınıza salafan torba keçirin, isti dəsmalla bağlayın. 2 saatdan sonra maskanı əvvəlcə süd zərdabı, 10 dəqiqədən sonra isti su və şampunla yuyun. Maskanı həftədə 1-2 dəfə olmaqla 1.5 -2 ay davam etdirin.
Nəticəni öz gözlərinizlə görəcəksiniz.
Xüsusi qeyd:
Süd zərdabı necə hazırlanır?
Südə maya (süd turşusu bakteriyalarının təmiz ştamları) əlavə edildikdə süd turşusu fermentasiyası prosesi başlayır. Nəticədə süd turşusu əmələ gəlir. Turşunun təsiri ilə süd zülalı olan kozein qatılaşaraq südün digər komponentlərini də özünə birləşdirir. Bu proses temperatur və mexaniki təsirlə də baş verə bilər. Nəticədə süd suda əriməyən süd "laxtasına" və sarımtıl-yaşılımtıl zərdaba ayrılır.
Kəsmik və pendirin istehsalı məhz bu proses nəticəsində əmələ gəlir. Evlərimizdə gecə soyuducuya qoymağa unutduğumuz südü səhər "çürümüş" vəziyyətdə görəndə məyus oluruq və çox vaxt atırıq. Halbuki, təbii olan bu proses nəticəsində qiymətli məhsulu atmış oluruq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 07-03-2021