Fəsil dəyişkənliyi, dieta saxlamaq və dodaqları yalamaq kimi pis vərdişlər onların qurumasına səbəb olur.
Dodaq nəmləndiriciniz yoxdur və ya işə yaramayacağını düşünürsünüz?
TurpKimi.com dodaqlarınız üçün evdə asanlıqla hazırlaya biləcəyiniz üsulları təqdim edir:
Badam yağı
Badam yağı quru dodaqlardan qurtulmaq üçün ən gözəl vasitədir. Lakin təkcə dodaqlar üçün deyil, eqzema xəstəliyindən tutmuş bir çox şeylər üçün də faydalıdır. Badam yağına qarşı hər hansı həssaslığınız, allergiyanız yoxdursa uzun müddət rahat şəkildə istifadə edə bilərsiniz. Sadəcə 1-2 damcı dodaqlarınıza sürtün. Bundan başqa, badam yağı quru və zədələnmiş saçlar üçün də gözəl çarədir.
Kokos yağı
Mütəxəssislər kokos yağının dərinin qurumasının qarşısını alan gözəl nəmləndirici olduğunu bildirirlər. Kokos yağı həm də çox çatlamış dodaqların infeksiyadan qorunmasına kömək edir.
Xiyar
Xiyar quru və çatlamış dodaqlarınızı nəmləndirir, dərinizi lazım olan vitamin və minerallarla təmin edir.
Hava nəmləndiricisi
Yatarkən dodaqlarınız quruya bilər. Quruyan dodaqlar isə sonrakı günlərdə çatlara və infeksiyanın yaranmasına gətirib çıxara bilər. Bunun üçün otağınıza hava nəmləndiricisi qoya bilərsiniz. Otaqdakı havanın nəm olmasını təmin edən bu cihazlar sayəsində dodaqlarınızı qurumaqdan qoruyacaqsınız.
Bal və şəkər tozu
Gözəl bir qarışımla pilinq edərək dodaqlarınızdakı ölü hüceyrələri təmizləyə bilərsiniz. Balın tərkibində olan təbii şəkər dərinizdəki suyu artıraraq nəmləndirər və yumşaldar. Belə ki, şəkər tozuyla balı qarışdırıb fırça vasitəsiylə dodaqlarınıza sürtün və ovun. Daha sonra dodaqlarınızı yalamamağa diqqət edin.
Yaşıl çay
Bu üsul ən qədim və ən təsiredici vasitələrdən biridir. Yaşıl çayın yarpaqlarını dodaqlarınıza sürtün. Çünki yaşıl çay antioksidant və mineralla zəngindir, eyni zamanda tərkibində iltihabı azaldan polifenollar vardır.
E vitamini yağı
E vitamini yağda həll olunduğu üçün güclü nəmləndiricidir. Odur ki, qurumuş dodaqlarınıza birbaşa sürtərək tətbiq edə bilərsiniz. Bundan başqa, E vitamini dərinin yenilənməsinə səbəb olan kolajenlə zəngindir.
Firuzə Alimova / TurpKimi.com