Ramazan ayının 23-cü günü - imsak və iftar vaxtları


Allah bütün oruc və dualarınızı qəbul buyursun...

ramazan-ayinin-23-cu-gunu
01.04.2024 23:09 1 dəq oxuma

Sabah Ramazan ayının iyirmi üçüncü günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 2-də imsak vaxtı saat 04:55-də, iftar vaxtı isə 19:21-dədir. 

Aprelin 2-si üçün namaz vaxtları: 

Sübh azanı05:00
Zöhr azanı12:44
Əsr azanı17:15
Məğrib azanı19:21
İşa azanı20:24

İyirmi üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!” 

Tərcüməsi: 

“İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyiblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!” 

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

TURPKİMİ.COM