Ramazan ayının 27-ci günü: imsak və iftar vaxtı


Allah etdiyiniz bütün duaları qəbul buyursun...

ramazan-ayinin-27-ci-gunu-imsak-ve-iftar-vaxti
05.04.2024 22:29 1 dəq oxuma

Sabah Ramazan ayının iyirmi yeddinci günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 6-da imsak vaxtı saat 04:47-də, iftar vaxtı isə 19:25-dədir. 

Aprelin 6-sı üçün namaz vaxtları: 

Sübh azanı04:52
Zöhr azanı12:43
Əsr azanı17:18
Məğrib azanı19:25
İşa azanı20:28

İyirmi yeddinci günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!” 

Tərcüməsi: 

“İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!” 

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

TURPKİMİ.COM