Ramazan ayının 30-cu günü: imsak və iftar vaxtı


Allah orucunuzu qəbul eləsin!

ramazan-ayinin-30-cu-gunu-imsak-ve-iftar-vaxti
08.04.2024 22:32 1 dəq oxuma

Sabah Ramazan otuzuncu günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 9-da imsak vaxtı saat 04:42-də, iftar vaxtı isə 19:28-dədir. 

Aprelin 9-u üçün namaz vaxtları: 

Sübh azanı04:47
Zöhr azanı12:42
Əsr azanı17:20
Məğrib azanı19:28
İşa azanı20:32

Otuzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”. 

Tərcüməsi:

“İlahi, ağamız Məhəmməd və onun pak ailəsinin xətrinə bu aydakı orucumu sənin və peyğəmbərinin razı qaldığı şəkildə qəbul et! Dinimizin etiqad təməllərini möhkəm qərar ver. Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur!” 

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. 

Tərcüməsi: 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”. 

Allah orucunuzu qəbul eləsin!

TURPKİMİ.COM