Ramazan ayının ikinci gününün imsak, iftar və namaz vaxtları


Martın 24-ü üçün oruc vaxtları

ramazan-ayinin-ikinci-gununun-imsak-iftar-ve-namaz-vaxtlari
23.03.2023 21:24 1 dəq oxuma

Martın 24-ü Ramazan ayının ikinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 24-də imsak vaxtı saat 05:18-də, iftar vaxtı isə 19:10-dur. 

Martın 24-ü üçün namaz vaxtları:

Sübh azanı 05:18

Zöhr azanı 12:47

Əsr azanı 17:08

Məğrib azanı 19:10

İşa azanı 20:12

İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi: “İlahi, məni bu ayda öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey rəhimlilərin rəhimlisi, məni bu ayda öz ayələrini oxumağa müvəffəq et! Amin!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

TurpKimi.com