Ramazan bayramı tətilinin vaxtı


Ramazan bayramı: İş və istirahət günlərinin yerləri dəyişdirilib

ramazan-bayrami-tetilinin-vaxti
17.03.2024 23:11 1 dəq oxuma

Ramazan bayramı ilə əlaqədar 5 gün ardıcıl olaraq qeyri-iş günü olacaq. 

Nazirlər Kabinetinin verdiyi qərara əsasən, 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq. Şənbəyə təsadüf edən 6 aprel isə iş günü olacaq.

Ramazan bayramı cari ilin aprel ayının 10 və 11-nə təsadüf edir.

TurpKimi.com