Ramazan bayramında qılınacaq namazın vaxtı açıqlanıb


Qafqaz Müsəlmanları İdarəsinin məlumatı...

ramazan-bayraminda-qilinacaq-namazin-vaxti-aciqlanib
08.04.2024 16:55 1 dəq oxuma

Azərbaycan məscidlərində Ramazan bayramı namazı Əjdərbəy məscidində aprelin 10-u saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bayram namazı həmçinin digər məscidlərdə də 08:00 və 09:00-da qılına bilər. Namaz vaxtını məscid imamlarının camaatın istəyinə uyğun olaraq müəyyənləşdirməsi mümkündür.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

TURPKİMİ.COM