Ramazan pidesi resepti


TurpKimi.com  olaraq 11 ayın sultanı Ramazanda Türkiyədə məşhur olan Ramazan pidesinin evdə hazırlanma qaydasından yazacayıq. 

ramazan-pidesi-resepti
15.03.2024 21:03 2 dəq oxuma

Türkiyədə Ramazan pidesi xüsusilə sevilir və oruc süfrələrinin bir nömrəli qidasıdır. Evdə hazırlamaq çox asandır. 

Lazım olan ərzaqlar:

Ramazan Pidesi Xəmiri üçün;

5 su stəkanı un
2,5 su stəkanı ilıq su
Yarım paket yaş maya (və ya 1 paket instant maya)
1,5 kiçik çay qaşığı duz
1 kiçik çay qaşığı şəkər tozu

Sous üçün;

1 yemək qaşığı qatıq
1 yumurta sarısı

Üzəri üçün;

Küncüt

Hazırlanma qaydası 

Yaş mayanı parçalayırıq və üzərinə şəkər  tozu,   1 su stəkanı su  əlavə edərək qarışdırırıq və mayanı bu suda  əridirik.

Daha sonra geniş bir qaba un və duz əlavə edib qarışdırırıq və ortasında çuxur yaradırıq. 

Həmin çuxurun içərisinə hazırladığımız mayanı əlavə edirik, üzərinə 1.5 su stəkanı su töküb  yoğururuq. 

Xəmirin üzərini örtüb 40 dəqiqə mayalanmağa qoyuruq. 

Xəmir gəldikdən sonra unlayıb xəmiri yoğuraraq havasını alırıq. 

Xəmiri kündələyirik. İstədiyimiz formada siniyə  yayıb 20-25 dəqiqə mayalandırırıq.

Xəmirin sousunu hazırlayırıq. Qatıq və yumurta sarısını yaxşıca çırpırıq. 

Sinidə mayalanmış kündənin üzərini açaq, əlimizlə yüngülcə basaraq yayaq. Daha sonra hazırladığımız sousun yarısını xəmirimizin üzərinə əlavə edib  əlimizlə yayırıq.  Pide forması veririk. 
Sonda  pidemizin üzərinə küncüt  səpirik. Zövqə görə çörəkotu da vura bilərik. 

Pideni 230 dərəcədə üstü qızaranadək bişiririk. Pidelərimizin yumşaq olması üçün əvvəldən sobamıza istiliyə davamlı bir qabda su yerləşdirək.

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com