Ramazanda bunu əsla etməyin - Canan Karatay


Yuxu şirin olsa belə...

ramazanda-bunu-esla-etmeyin
28.03.2022 00:18 1 dəq oxuma

Ramazanın başlamasına az qaldığı bir vaxtda Türkiyənin ürək və daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay oruc tutanlara vacib xəbərdarlıqlar edib.

TurpKimi.com bildirir ki, türkiyəli məşhur mütəxəssis sahura qalxmadan və su içmədən oruc tutmamağı tövsiyyə edib. Bundan başqa, sahur və iftarda qəbul edilməsi vacib olan qidaları da vurğulayıb.

İstər sahurda, istər iftarda proteinlə zəngin qidalar qəbul edilməlidir. Karatay protein kimi yumurta, pendir və qatığı xüsusi qeyd edib.

Orucun mütləq şəkildə 1 stəkan su ilə açılmasını bildirən Canan Karatay bunları deyib:

“Yuxudan oyanan kimi ilk olaraq bir stəkan ilıq su için. Həmçinin orucunuzu açarkən də 1 stəkan ilıq su ilə açın. Sulu qidalara üstünlük verin. Lakin hazır şorbalardan uzaq durun. Evdə özünüz hazırlayın. Uzun müddət ac qalan mədənizi qorumaq üçün həm suyun, həm də şorbanın nə çox isti, nə də çox soyuq olmamasına diqqət edin”.

Firuzə Alimova / TurpKimi.com