Ramazanda cinsi həyat yaşanmalıdırmı? - Cinsi əlaqə günahdırmı?


Ramazanda cinsi mövzular hər il olduğu kimi bu il də maraq mövzusudur.  Ramazanda cinsi əlaqə  günahdırmı? Yoxsa, digər həyati ehtiyaclar kimi oruclu dövrdə qadağandır?

ramazanda-cinsi-heyat-yasanmalidirmi
17.03.2022 15:23 2 dəq oxuma

Orucdan sonra cinsi əlaqəyə  icazə verilə bilərmi? Ramazanda sağlam cinsi həyatın olması mümkündürmü?

TurpKimi.com xəbər verir ki,  Ramazanda ən çox maraq mövzusu olan məsələlərdən biri də cinsi həyatdır, cinsəllikdir.  

Düşündüyünüz  kimi, Ramazanda cinsi əlaqə qadağandır. Oruc tutmaq ruhun və bədənin, nəfsin tərbiyə edilməsi üçündür.  Bu halda oruc tutan şəxs hər cür istək baxımından oruc tutur.  Oruc tutanlar cinsi əlaqəyə girdikləri zaman orucları pozulacaq. 

Ramazanda oruc tutan insanlara gün ərzində, oruclu olduqları müddətdə cinsi əlaqə qadağandır.   Orucunu cinsi əlaqəyə girməklə pozan şəxsin qəzası yemək yeyərək pozulan orucun qəzasına bərabərdir. Orucu  açdıqdan sonra, sahura qədər  cinsi əlaqəyə girmək olar.  Bu saatlarda cinsi əlaqə, cinsəllik qadağan edilməyib.  İftardan sonra digər fiziki ehtiyaclar kimi cinsi ehtiyaclara qoyulan qadağalar da  aradan qaldırıla bilər.

İftardan sonra cinsi əlaqəyə girənlər sahurdan öncə mütləq  qusul almalıdır. O, səhər namazını da qılmalıdır.

Oruc tuta bilməyən  və oruc olmayan insanlar gün ərzində cinsi əlaqəyə girə bilərlər, çünki onlar niyyət tutmayıblar. Su  içmək, yemək yeməkdə sərbəst olduqları qədər cinsi əlaqədə də sərbəstdirlər.   

Ramazanda cinsi əlaqədən uzaqlaşmağın mənfi nəticələri

Ramazanda cinsi həyatdan uzaqlaşmaq əlaqələrin darıxdırıcı olmasına səbəb ola bilər. Cinsəlliyin gətirdiyi rahatlıqdan məhrum olan insanlarda gərginlik artdığından ailədaxili münasibətlər zədələnə bilər.   

RAMAZANDA SAĞLAM CİNSİ HƏYAT MÜMKÜNDÜRMÜ?

Ramazanda oruc tutan iftardan sonra istənilən vaxt cinsi əlaqədə ola bilər. İftarda ağır yeməklərin yeyilməsi ehtimalına görə,  iftardan dərhal sonra  cinsi əlaqədə olmaq tövsiyə edilmir.İftardan sonra qanda şəkərin yüksəlməsi cinsi həvəsi də artırır. Mütəxəssislər sağlam münasibət üçün  iftardan 2 saat sonra cinsi əlaqədə olmağı məsləhət görürlər.  

Ramazanda cinsi istəksizlik və ya erkən boşalma şikayətləri də artır. Bunun  iki səbəbi var. Birincisi, cinsi əlaqənin günah olduğu düşünülür. Bu da psixoloji olaraq  insana təsir edir. 

İkinci səbəb isə, gün ərzində ac və susuz qalmaq insan vücudunu fiziki olaraq stressə salır. Bu stress cinsi istəksizliyə səbəb olduğu üçün əlaqədə olarkən erkən boşalmağa səbəb ola bilər.

Yazılıb: 21.05.2019-cu ildə

Vüsalə Əlövsətqızı, TurpKimi.com