Orucu açandan sonra bunlara diqqət etməliyik...
Bağırsaqlarda köpün yaranmasına səbəb olan qəbizliyin təməlində quru qidalanmaqdan tutmuş kifayət qədər su içməməyə kimi bir çox səbəblər durur.
TurpKimi.com bildirir ki, oruc tutulan günlərdə uzun müddət ac və susuz qaldığımız üçün qəbizlik kimi problemlərin qarşısını almaq əslində bizim əlimizdədir. Bəs nə etməli?
İftarda yeməyi tez-tez yeməyin
Orucu açdıqdan sonra tez-tez yemək, ağır qidaları qəbul edib sonra hərəkətsiz qalmaq bir çox porblemlərə yol açır.
İftardan sahura qədər 2 dəfə yeyin
Yaz-yay aylarında çoxlu su itkisi sağlamlığa təhlükə yaradır. Ona görə də orucu açandan sonra sahura qədər 2-2,5 litrə yaxın su içmək çox vacibdir. Bundan başqa, aclığa uzun müddət dayana bilmək üçün mütləq sahura qalxmaq və iftarla sahur arasında 2 dəfə yemək lazımdır.
Nələr yeyilməlidir?
Orucu açdıqdan sonra qatıq, badam, qoz, salat kimi sellülozlu qidalar, zeytun yağlı tərəvəzlər,dondurma kimi şirniyyatlar yeyilə bilər. Sahurda isə yumurta, süd və süd məhsulları, şorbalar yemək həm mədəyə ağırlıq etməz, həm də insanı tox tutar.
Qızartma və xəmir yeməklərinə diqqət!
İftarla sahur arasında yeyəcəyiniz xəmir yeməkləri, qızartma, yağlı və ədviyyatlı, çox duzlu qidalar həm mədəyə ağırlıq verər, həm də tez acıdır. Xurma kimi lifli qidalar isə toxluq verməklə yanaşı, bağırsaqlarda qəbizliyin yaranmasının qarşısını alır.
Bol su için
Orucu açan kimi bol miqdarda su və sulu yemək qəbul edilməlidir. Daha sonra salat və ya tərəvəz yeyilə, qatıq, ayran içilə bilər. Lakin çox şirin şeylərdən uzaq durmaq lazımdır. Ət, balıq, toyuq iftar süfrələrinizdə olmalıdır, amma yağlı və qızartma şəklində yeyilməməlidir.
Orucu açandan sonra…
Hətta iftardan sahura qədər 4 dəfə az-az, amma tez-tez yemək olar. Mütləq lazım olan su ehtiyacı ödənməlidir. Lakin iftardan sonra uzanmaq və yatmaq yerinə gəzintiyə çıxın, hərəkət edin ki, yedikləriniz həzm edilsin və qəbizlik kimi problem yaşanmasın.
Firuzə Alimova / TurpKimi.com