Sahurda süfrələrinizə ləzzət qatın...
Tərkibi proteinlə çox zəngin olan yumurta başqa qidalarla birləşdikdə təsir gücünü daha da artırır.
TurpKimi.com Ramazan ayında gün boyu tox qalmanıza kömək edəcək yumurtalı 4 resepti sizə təqdim edir.
1 - MENEMEN
Lazım olanlar:
- 2 yemək qaşığı kərə yağı;
- 1 ədəd soğan;
- 2 ədəd bibər;
- 3 ədəd pomidor;
- 3 ədəd yumurta;
- 1 çay qaşığı duz;
- ½ qara istiot;
Hazırlanması:
Əvvəlcə soğanı kərə yağında, daha sonra bibərləri əlavə edib qızardın. Pomidorları qabıqlarından təmizləyib tavadakı qarşıma tökün. Qabda yumurtaları sındırıb duz və qara istiotla birlikdə qarışdırın. Artıq bişmiş vəziyyətə gələn bibərli, pomidorlu qarşımın üzərinə yumurtanı əlavə edin. Qızardılmış çörəklə yeyərək sahurunuza ləzzət qatın.
2 - KABAKLI OMLET
Lazım olanlar:
- 1 ədəd kabak;
- 2 yemək qaşığı zeytun yağı;
- 4 ədəd yumurta;
- ½ çay qaşığı duz;
- ½ çay qaşığı pul bibər;
- 200 qram pendir
- bir ovuc şüyüd;
Hazırlanması:
Kabakları yuyub qurutduqdan sonra ortasındakı tum yerlərini çıxarın və kənarlarını dördkünc şəkildə doğrayın. Zeytun yağı tökülmüş və qızdırılmış tavada kabakları qızardın. Qızartdıqdan sonra başqa bir qabda ədviyyatlarla (duz və istiot) qarışdırılmış yumurtaları üzərinə əlavə edin. Daha sonra pendiri bərabər şəkildə bişən omletin üzərinə səpin. Şüyüdü isə omlet bişənə yaxın xırda-xırda doğrayıb tökün. Omlet gözəl qoxusu ilə sahurda süfrənizin vazkeçilməzi olacaq.
3 - YUMURTALI ÇÖRƏK
Lazım olanlar:
- 1 ədəd boyat çörək;
- 3 ədəd yumurta;
- 4 xörək qaşığı süd;
- 1 çay qaşığı duz;
- ½ çay qaşığı qara istiot;
- ½ çay qaşığı pul bibər;
- 2 xörək qaşığı günəbaxan yağı;
Hazırlanması:
Bir qaba yumurtaları qırın və üzərinə südü əlavə edin. Duz, qara istiot və pul bibərini də əlavə etdikdən sonra, yaxşıca qarışdırın. Boyat çörəyi dilimləyin və hər tərəfini hazırladığınız yumurtalı qarışıma batırın. Günəbaxan yağı tökdüyünüz tavanı yaxşıca qızdırın və yumurtaya batırdığınız çörəklərin hər iki tərəfini qızartmağa başlayın. Qızardılmış yumurtalı çörəklərinizi üzərinə pendir çəkərək yeyə bilərsiniz.
4 - QİYMƏLİ YUMURTA
Lazım olanlar:
- 1 ədəd soğan;
- 2 diş sarımsaq;
- 3 yemək qaşığı kərə yağı;
- 200 qram dana qiyməsi;
- 1 çay qaşığı duz;
- 1 çay qaşığı pul bibər;
- 4 ədəd yumurta;
- qara istiot;
- cəfəri;
Hazırlanması:
Tavada soğan və sarımsağı kərə yağı ilə birlikdə qızardın. Daha sonra qiyməni əlavə edib birlikdə bişirin. Ət suyunu çəkməyə başlayanda ədviyyatları əlavə edib qarışdırın. Tavada qaşığın ucuyla 4 yer ayırın və yumurtaları həmin yerlərə sındırın. Çox az istilikdə istədiyiniz şəkildə yumurtaları bişirin. Üzərinə incə doğranmış cəfərini səpin.
Nuş olsun, süfrələriniz ruziylə bol olsun, AMİN!
Firuzə Alimova / TurpKimi.com
15-04-2021