Ramazanın 10-cu gününün imsak və iftar vaxtları


Allah orucunuzu qəbul eləsin!

ramazanin-10-cu-gununun-imsak-ve-iftar-vaxtlari
10.04.2022 23:14 1 dəq oxuma

Sabah Ramazan ayının 10-cu günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 11-də imsak vaxtı saat 04:40-da, iftar vaxtı isə 19:29-dadır. 

Aprelin 11-i üçün namaz vaxtları: 

Sübh azanı 04:45 
Zöhr azanı 12:42 
Əsr azanı 17:20 
Məğrib azanı 19:29 
İşa azanı 20:33 

Onuncu günün duasını təqdim edirik:

“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

Tərcüməsi: “İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

Allah orucunuzu qəbul eləsin!