Ramazanın 29-cu gününə olan - HAVA DURUMU


20 aprel 2023-cü il...

ramazanin-29-cu-gunune-olan
19.04.2023 18:43 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında aprelin 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var.

Cənub küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22°, bəzi yerlərdə 26°-dək isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.

İstənilən havada əhvalınızın gözəl olması diləyi ilə TurpKimi.com