Təravih namazı evdə necə qılınır? Qısaca yazdıq...
Evlərimizin bərəkətli qonağı olan və Ramazanla birlikdə gələn təravih namazı hüzur səcdəsi adlandırılır. Bütün insanlara hidayət rəhbəri olan Qurani-Kərim məhz bu ayda endirilməyə başlanmış və oruc tutmaq bu ayda fərz qılınmışdır.
TurpKimi.com bildirir ki, vəhyin ilk vaxtlarından hər gecəni namaz ibadəti ilə keçirən Hz.Peyğəmbər (s.a.s) hicrətin 2-ci ilində orucun fərz qılınmasından sonra Ramazan gecələrində qıldığı namazları gecə boyu uzun tutmuş, əshabələrini də buna təşviq etmişdir. Daha sonra “təravih” adlandırılan bu ibadətə başda Peyğəmbər olmaqla, əshabələri və bütün ümməti əməl etmişdir.
TƏRAVİF NAMAZI NƏDİR?
Mənası “rahatlatmaq, dincəltmək” olan təravif Ramazanda gecə namazından sonra qılınır.
Hədislərdə “kıyamü şəhri-ramazan” (Ramazan ayının namazı) və ya “ihyayü leyali ramazan” (Ramazan gecələrinin əhyası) deyə anılan bu namaza hər 4 rəkatdan bir dincəlmək məqsədiylə bir az oturulduğu üçün (terviha) təravih deyilib.
Peyğəmbərimiz “Kim inanaraq və savabını Allahdan umaraq Ramazan gecələrini əhya edərsə, keçmiş günahları əfv olunar” (Buxari, Təravih, 46) buyuraraq, Ramazan gecələrində qılınan Təravif namazına da diqqət çəkdiyi görünür.
Təravif namazı qadınların da, kişilərin də həm evlərində, həm də məscidə gedərək qıla biləcəkləri vacib sünnətdir.
TƏRAVİH NAMAZI NEÇƏ RÜKƏTDİR VƏ NƏ VAXT QILINIR?
Təravih namazı 8 rükətdən 20 rükətə qədər qılına bilər. Gecə namazı olduğu üçün istəyə görə daha çox da qılmaq olar. Xəstə, yaşlı və yorğun olanlar bu namazın savabından məhrum olmaq istəmirlərsə, 8 rükət qılmaqla kifayətlənə bilərlər. Burda vacib olan niyyətdir. Çünki əməllər niyyətlərə görədir!
Təravih namazı gecə namazı olduğu üçün yatsı (gecə) namazının son sünnətindən sonra qılınmalıdır. Yəni gecə namazından əvvəl qılınmır.
Bundan başqa, təravih namazı sünnət namazı olduğu üçün qəzası da qılınmır.
TƏRAVİH NAMAZI EVDƏ NECƏ QILINIR?
Koronavirus pandemiyasından dolayı hazırda ölkəmizdə məscidlər bağlıdır. Təravih namazını məscidlərdə qılmaq mümkün olmadığı üçün, evdə təkcə və ya ailə üzvləri ilə birlikdə qılmaq olar.
İstər iki-iki, istərsə də dörd-dörd rükət qılınacaq təravih namazının qılınma üsulu belədir:
Evdə bu namazı qıldıran imamınız varsa, “niyyət etdim Allah rizası üçün təravih namazı qılmağa, uydum hazır olan imama”, - deyərək niyyət edirik.
Əgər təkbaşımıza qılırıqsa, “niyyət etdim Allah rizası üçün təravih namazı qılmağa” deyirik və təkbir gətiririk:
1-ci RÜKƏT
2-ci RÜKƏT
Məscidlərdə təravih namazında hər 4 rükətin sonunda səsli salavat gətirilir. Həmin 4 rükət də sünnət kimi qılınır.
Hətta təravih namazını ara verərək, dincələrək, kiçik atışdırmalar edərək qılmaq mümkündür. Hz.Peyğəmbər də təravih namazını daha çox evdə qılarmış. İftar süfrəsindən sonra evlərinizi məscidə çevirərək bu vacib sünnəti yerinə yetirə bilər, uşaqlarınıza bu atmosferi yaşada bilərsiniz. Çünki yer üzünün hər yanı bizə məsciddir.
Firuzə Alimova / TurpKimi.com