Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtı


Aprelin 2-nə olan sahur və iftar vaxtları...

ramazanin-ilk-gununun-duasi
01.04.2022 22:55 1 dəq oxuma

Sabah Ramazan ayının ilk günüdür.

TurpKimi.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 2-nə olan imsak vaxtı saat 04:56, iftar vaxtı isə 19:20-dir.

Birinci günün imsak duasını təqdim edirik:  

“Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.

İftar duası:  

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!