Prezidentin köməkçisi Şahmar Mövsümov...
"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır".
TurpKimi.com BAKU.WS-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.
O əlavə edib ki, bütün bu atılacaq addımların əsas bir şərti var: "Əgər bizdə yoluxmaların sayı kifayət qədər aşağı olsa, növbəti yumşalmalar olacaq".