Rəngbərəng ləzzət - Meksika salatı


İştah açan rəngli görünüşü və heyranedicı dadı ilə Meksika salatı hazırlayırıq. 

rengbereng-lezzet
13.05.2025 23:54 2 dəq oxuma

Lobya, qarğıdalı, pomidor və avokado kimi ərzaqlarla hazırlanan doyumlu salatdır.

Həm praktik, həm də sağlam olan bu resept dünya mətbəxlərində getdikcə daha çox maraq görür.

TurpKimi.com canlı rəngləri, zəngin ətirləri və qidalı tərkibi ilə seçilən Meksika salatının tərkibini açıqlayır. Qara lobya, qarğıdalı, pomidor, avokado və ədviyyatlarla zənginləşdirilmiş bu rəngarəng qarışıq həm gözə, həm damağa xitab edir.

ƏRZAQLARIN ÖNƏMLİ XÜSUSİYYƏTLƏRİ

1. Qara Lobya:

• Meksika mətbəxinin əsas qəhrəmanıdır.

• Yüksək protein və lif tərkibi ilə toxluq hissi yaradır.

• Salatı doyurucu edir.

2. Qarğıdalı:

• Şirin və yumşaq quruluşu ilə salatda balans yaradır.

• Enerji verir, salatı daha rəngarəng edir.

3. Pomidor və Qırmızı Bibər:

• Təzə və şirəli quruluşu ilə salata təravət qatır.

• Antioksidant baxımından zəngin olan bu tərəvəzlər immuniteti gücləndirir.

4. Avokado:

• Sağlam yağ turşuları ilə zəngindir.

• Salata kremli qurulu verir.

5. Keşniş və Təzə Soğan:

• Meksika salatalarının xarakterik dadını verir.

• Aromatik dad qatır.

6. Limon suyu və Zeytun yağı:

• Təbii sous vəzifəsini yerinə yetirir.

• Turşuluğu ilə ərzaqların dad balansını təmin edir.

MEKSİKA SALATI RESEPTİ – ADDIM-ADDIM

1. Ərzaqların Hazırlanması:

• Konservləşdirilmiş qara lobya və qarğıdalı bol su ilə yuyulub süzülür.

• Pomidor, qırmızı bibər və avokado kiçik kub formasında doğranır.

• Təzə soğan və  keşniş xırda-xırda doğranılır.

2. Sousun Hazırlanması:

• Zeytun yağı, limon suyu, duz, qara istiot, az miqdarda sarıkök  və acı bibər tozu qarışdırılaraq salataya sous hazırlanır.

3. Qarışdırma və Süfrəyə Verilməsi:

• Bütün ərzaqlar böyük bir qaba yığılır.

• Üzərinə sous əlavə olunur və diqqətlə qarışdırılır.

• İstəyə görə üzərinə doğranmış jalapeno bibəri və ya rəndələnmiş ağ pendir əlavə oluna bilər.

NİYƏ MEKSİKA SALATINI MƏTBƏXİNİZƏ DAXİL ETMƏLİSİNİZ?

• Sağlamdır: Yüksək lif, protein və faydalı yağlar ehtiva edir.

• Rəngli və estetik: Görünüşü ilə iştah açır.

• Tez hazırlanır: 15 dəqiqəyə hazırlamaq olar.

• Çeşidləndirilə bilər: Toyuq, tuna balığı və ya kinoa ilə zənginləşdirilə bilər.

• Saxlanması asandır: Soyuducuda 2 gün təzə qala bilər.

• Tortilya çipsi və ya lavaşla qəlyanaltı kimi təqdim oluna bilər.

• Qril ət və ya toyuqla əsas yemək kimi təqdim edilə bilər.

• Soyuq ayran və ya yüngül limonadla təravətləndirici yay menyusu yaradıla bilər.

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com