Rentgen ilə xərçəng riski arasında əlaqə var


İngilis alimlər üzə çıxardı.

rentgen-ile-xerceng-riski-arasinda-elaqe-var
27.07.2019 22:21 1 dəq oxuma

İngiltərənin Cambridge Universitetinin alimləri araşdırma aparıb.

TurpKimi.com bildirir ki, “MedicalXpress” sayının xəbərinə görə, araşdırma zamanı rentgen və kompüter tomoqrafiyasının  xərçəng xəstəliyi ilə əlaqəsi araşdırılıb.

Araşdırmada ingilis alimlər bu günə qədər təhlükəsiz olan kompüter tomoqrafiyasının 3 seansına bərabər və kiçik dozalarda olan radiasiyanın xərçəngin inkişafında böyük riski faktoru olan P53 gen mütasiyalarına malik hüceyrələrin sayını artırdığını aşkar edib.

Bundan başqa alimlər rentgendən əvvəl içilən antioksidantların sağlam hüceyrələrə, P53 geni pozulmuş heceyrələrə qarşı uğurla mübarizə etməyə yardımcı olduğunu müəyyən edib. Ancaq bu terapiyanın sağlam hüceyrələrə ziyan verə biləcəyi və bərpaolunmaz hüceyrələrin çoxlamasına şərait yarada biləcəyinə düşünülür.

Cambridge Universitetinin professoru Phil Jones bildirib ki, bütün insanların bədənində xərçəngə çevrilə bilən mutant hüceyrələr var. P53 də bu mutasiyalardan biridi.Sayı yaşla birlikdə artar, amma çox az sayda olanı xərçəng hüceyrələrinə çevrilir.

Firuzə Alimova / TurpKimi.com