Reql dövründə qadınlara yaxşı təsir edən bitki çayları - Ağrıkəsici effekti


Reql dövrü qadınların ən çox ağrı çəkdiyi dövrlərdir. Bu dövrün hər ay təkrarlanması gündəlik həyatımızı da çətinləşdirir.

reql-dovrunde-qadinlara-yaxsi-tesir-eden-bitki-caylari
26.11.2023 23:10 2 dəq oxuma

Bu dövrdə ən stresli ilk 2-3 gündür. Çünki bu dövrdə sancı və ağrılar çox olur. Qadınların çoxu bu zamanları ağrıkəsici dərmanlarla yola verməyə çalışırlar. Amma hər zamankı kimi təbii çarələrdən istifadə daha faydalıdır.  Bitki çayları bu dövrdə sakitləşdirici təsir göstərməklə yanaşı, əzələləri boşaldır və insanı rahatladır. 

TurpKimi.com aybaşı dövründə qadınların ağrılarını azaldacaq və onları rahatladacaq bitki çaylarının adlarını təqdim edir:

Reql ağrılarına yaxşı təsir edən bitki çayları

- Böyürtkən çayı

- Zəncəfil çayı

- Çobanyastığı çayı

- Razyana çayı

- Adaçayı

- Kəklikotu çayı

- Nanə çayı

- Hibiskus çayı

Böyürtkən çayı

Tərkibində çoxlu miqdarda C vitamini olduğu üçün bu dövrü rahat keçirmənizə həm kömək edər,  həm də enerji verər.

Zəncəfil çayı

Ağrıkəsici təsiri olduğundan əslində bu dövrdə istifadə edilən çaylardan biridir. Aybaşı dövrünün rahat keçməsinə və  eyni zamanda halsızlıq və yorğunluğa yaxşı təsir edir. 

Çobanyastığı çayı

Hər kəsin bildiyi kimi çobanyastığı çayı sakitləşdirici bir xüsusiyyətə malikdir. Çayı içdiyinizdə sancı və ağrıların yüngülləşdiyini görəcəksiniz. Mütəxəssislər reql dövründən 3-4 gün əvvəl içməyinizi məsləhət görür. 

 Razyana  çayı

Bir çox problemlərə yaxşı təsir edən razyana çayı reql dövründə də ağrılarınızı yüngülləşdirəcək çaylardan biridir. İltihab sökdürücü, şişkinlik, bağırsaq və mədə narahatlıqlarında da istifadə edilə bilər.

Adaçayı

Tərkibində estrogen hormonu olduğu üçün reql dövründə ən çox istehlak edə biləcəyiniz çaylardan biridir. Eyni zamanda uşaqlıqdakı iltihab və kista kimi problemlərə də yaxşı təsir edir. 

Kəklikotu çayı

Əgər reql dövründə gecikməniz varsa, bu çay sizlikdir.  Aybaşı vaxtı gecikmə varsa,  dərhal bu çaydan içə bilərsiniz. 

Nanə çayı

Gərginliyi azaldan və bu dövrdə müşahidə edilən şişkinliyə yaxşı təsir edəcək çaylardan biridir.

Hibiskus çayı (məkkəgülü)

Sağlamlığa  çox faydası olan çaylardan biridir. Reql dövründə yaranan sancı və ağrılara da müsbət təsiri olduqca çoxdur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com