Reql dövründə sancılardan xilas olmaq üçün bu məşqi edin


Qadınların ən çox əziyyət çəkdiyi, şikayət etdiyi problemlərdən biri də reql dövründə olan kəskin sancılardır. 

reql-dovrunde-sancilardan-xilas-olmaq-ucun-bu-mesqi-edin
25.08.2022 22:04 1 dəq oxuma

TurpKimi.com türk mediasına istinadla xəbər verir ki,  Qadın Xəstəlikləri və Doğuş üzrə mütəxəssis Dr. Nadir Cömert qadınların reql dövründə bəzi idman hərəkətləri etməklə ağrılardan xilas olacağını qeyd edib. 

Reql dövründə qadınların enerjisi azalır və idman etmək həvəsi olmur.  Halbuki idman insanın ağrılarını yüngülləşdirir. 
Mütəxəssis 1 həftə ərzində nizamlı olaraq idmanla məşğul olmağın sancıların azalmasına, şişkinliyin aradan qalxmasına səbəb olduğunu qeyd edib. 

Fiziki məşğuliyyət  həm də qan dövranını sürətləndirərək  adətlə əlaqəli baş ağrılarını azaldır. İnsanın özünü  yaxşı hiss etməsinə səbəb olan endorfin  hormonunun  ifraz olunmasını təmin edir. Gündə nizamlı  olaraq 30 dəqiqə məşq sancıların, şişkinliyin, pis əhval-ruhiyyənin  və digər premenstrual sindromların azalmasına  kömək edir. 

Yoqa rəhm əzələlərini rahatlaşdırır

Yoqa, pilates kimi məşqlər stressi və gərginliyi azaldır, bədəndə qan və oksigen dövranını artırır, sinir sistemini sakitləşdirən  nəfəs alma və rahatlama texnikalarına fokuslanır. Duyğulara fokuslanmağı təmin edərək ehtiyaclarınızı və hisslərinizi daha yaxşı ifadə edə bilmənizə kömək edir. Qarın əsnətmə hərəkətləri rəhm əzələlərini rahatlaşdırır.

Reql dövründə daha az və yüngül idman hərəkətlərilə  qollar, qıçlar, kürək, qarın,  omba kimi bütün böyük əzələ qruplarını işlətməyi hədəfləyin. Yorğun və ya gücsüz hiss etsəniz tez-tez fasilə verin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 17-01-2021