Rəsədxanadan maqnit qasırğası ilə bağlı xəbər var


Günəşdə fəallıq hansı dərəcədədir?

resedxanadan-maqnit-qasirgasi-ile-bagli-xeber-var
15.08.2019 20:47 1 dəq oxuma

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit qeydə alınıb.

Ümumiyyətlə, avqustun 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.

TurpKimi.com