Restoran işçisindən ürək bulandıran etiraf - Bu yeməkləri əsla sifariş verməyin!


Yəqin, bundan sonra çöldə sulu yemək yeyən deyilsiniz!?

restoran-iscisinden-urek-bulandiran-etiraf
29.04.2019 23:13 2 dəq oxuma

Çöldə yediyiniz yeməklərin və ya aldığınız qidaların içində nəyin olduğunu bilirsinizmi? Türkiyənin qida mühəndisləri bir çox restoranlarda sifariş edilən, lakin insan sağlamlığına təhlükə yaradan gerçəkləri açıqlayıb.

1 – Mürəbbələr

Mürəbbə istehsal edən bir firma qazanda bir stəkan kimyəvi tozu qarışdırır. Həmin kimyəvi toz isə müxtəlif antibiotiklərin qarışımından ibarətdir.

2 – Dondurma

Dondurma fabriklərindən birində görünüş verən aparatdan çıxan səhv dondurmalar çəlləkdə toplanır və yenidən istehsala verilir. Bu səbəbdən dolayı həmin dondurmanı yeyən uşaqlarda zəhərlənmələr meydana gəlir.

3 – Qurd basmış çərəzlər

Çərəzləri soyuq havadan dolayı nəmişlikdə qurd basır. Çərəzlərin saxlandığı anbar qurd basmış çərəz və qurd yumurtaları ilə doludur. Lakin həmin məhsul qurdlu ola-ola qaysı tumuyla yarı-yarıya qarışdırılıb toz halına gətirilərək satılır.

4 – Təkrar-təkrar bişirilən toyuq əti

Restoranlarda sulu toyuq yeməklərdən qalan toyuq ətləri axşamlar yeməklərin içərisindən çıxarılaraq yuyulur və növbəti gün hazırlanacaq yeməklərdə istifadə edilir. Yəqin, bundan sonra çöldə sulu yemək yeyən deyilsiniz!?

Toyuq ətiylə bağlı digər faktlar: xarab olmuş toyuq budları yarı qiymətinə alınır, sous və ədviyyatlarla qarışdırılaraq sobada bişirilib müştəriyə yedizdirilir.

5 – Təbii şirələrə  qatılanlar

Qara kökün suyuna vişnə dadlandırıcısı qatılaraq vişnə soku kimi müştərilərə içizdirilir. Yəni restoranlarda təqdim edilən vişnə suyunun tərkibi qara kökün suyu, dadlandırıcı və boyadan ibarətdir.

6 – Qəhvələr

Böyük qəhvə firmasında işləyən bir işçi hər kəsin ən çox sevdiyi və sifariş verdiyi qəhvənin içərisindəki qarışıqların bəzilərinin nə olduğunu bilmədiklərini deyir.

7 – Pop-Corn

 Kinoya baxarkən ən çox yeyilən pop-korndur. Kino salonlarının yaxınlığında satılan pop-kornlar təzə olmur. Səhər tezdən hazırlanan partladılmış qarğıdalılar isti qalması üçün xüsusi qabın içərisində saxlanır.

8 – Limon

Restoranlarda limondan uzaq durun. Türkiyədə bir işçi restoranların mətbəxində olan limonların bütün bakteriyaları üzərinə yığdığını və açıq şəkildə qalan limonların müştərilərə verildiyini deyib.

9 – Fast-Food  salatları

Fast-Food restoranlarında satılan salatlardakı məhsulların təzə olmadığı bildirilir. Ordakı işçilər tərəvəzlər daxil olmaqla salatın üzərinə tökülən sousların da bayat və dondurulmuş olduğunu deyib.

10 – Bir çox insanın sevərək şifariş verdiyi yeməklərin təzə olmadığı ortaya çıxıb. Bu sahədə uzun müddət işləyən mütəxəssislər bəzi şirniyyat və yeməklərin dondurulduğunu və sifariş verilərkən qızdırılaraq süfrəyə gətirildiyi bildirir.

Firuzə Alimova / TurpKimi.com