Dondurulmuş ət məhsulları və qidaların buzunu açmaq əsl işgəncə idi, amma bu üsulla 5 dəqiqədə hər şeyi əridə biləssiz.
Yemək bişirən zaman rastlanan ən böyük çətinliklərdən biri də donmuş ətin və ya meyvə, tərəvəzin donunu tez bir zamanda açmaqdır.
Ətin açılması saatlarla vaxt ala bilər. Bu da tez bazar nahar və ya axşam yeməyi hazırlamaq istəyənlər üçün stres yaradır. Lakin restoran aşpazlarının da istifadə etdiyi olduqca təsirli bir üsul var.
TurpKimi.com həmin sirri açıqlayır.
Soyuducuda saxladığınız ətləri yemək üçün istifadə etmək istədikdə erkən davranmaq vacibdir. Gün ərzində ətin açılmasını gözləmək və sonra yemək bişirmə mərhələsinə keçmək vaxt itkisinə və stresə səbəb ola bilər. Amma dondurulmuş ətləri cəmi 5 dəqiqədə açmaq üçün bu üsulu tətbiq edin.
Bu üsul ətin sbuzunu sürətlə açmaqla yanaşı istifadə edəcəyiniz qidanın təhlükəsizliyini də qoruyur. Sirkə və duzdan hazırlanan məhlul suyun temperaturunu optimallaşdıraraq buzu daha tez əridir. Bu üsulu tətbiq etmək üçün sizə lazım olacaq inqrediyentlər çox sadədir və demək olar ki, hər evdə tapılır:
1 litr su
100 ml ağ sirkə
2 yemək qaşığı duz
İlk olaraq, bir qaba 1 litr su tökün. Daha sonra suya 100 millilitr ağ sirkə əlavə edin. Ağ sirkə təkcə açılma prosesini sürətləndirmir, həm də ətin suyunu və toxumasını qoruyaraq daha yumşaq bir nəticə əldə etməyə kömək edir. Sonda 2 yemək qaşığı duzu əlavə edib qarışdırın. Duz suyun istiliyini artıraraq buzu daha tez əridəcək. Bu məhlul ətin donmuş haldan açılmış hala keçməsini cəmi bir neçə dəqiqəyə mümkün edir.
Məhlulu hazırladıqdan sonra əti plastik torbaya yerləşdirin. Bu addım ətin su ilə birbaşa təmas etməsinin qarşısını alacaq və bakterioloji riskləri minimuma endirəcək. Torbanı möhkəm bağladıqdan sonra onu məhlul olan qaba qoyun və təxminən 5 dəqiqə gözləyin. Bu müddət ətin tam açılması üçün kifayət edir.
Açılma prosesi tamamlandıqdan sonra əti dərhal istifadə edə bilərsiniz. Vaxt tamam olduqdan sonra əti məhlulda uzun müddət saxlamaqdan çəkinin, çünki bu, bakteriya riski yarada bilər.
Dondurucudan əti çıxarmağı unutmusunuzsa belə, bu texnika ilə təşvişə düşmədən yemək hazırlığını tamamlaya bilərsiniz. Restoran şeflərinin istifadə etdiyi bu peşəkar üsul mətbəxlərinizdə də eyni nəticəni verir.
Sosial mediada sürətlə yayılan bu üsul yalnız ət üçün deyil, həmçinin dondurulmuş tərəvəzlər, balıq və digər məhsullar üçün də istifadə edilə bilər. Ağ sirkə və duzun birləşməsi ətin dadını və toxumasını qoruyaraq açılma prosesini sürətləndirir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com