Yumşalma artdıqca cəzalar sərtləşdirilir...
"Restoranlarda iş vaxtı saat 22-yə qədər uzadılıb”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, masa ətrafında 10 nəfərdən çox toplaşmamaqla sosial məsafə qorunmalıdır: "Həm restoran sahibləri, həm və vətəndaşlar qaydaları pozsa, onları ciddi cəza gözləyir”.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, yoluxanların sayı sağalanların sayından çox olsa da, məhdudiyyətlər aradan qaldırılır: "Səbəbə metodik göstərişlərə vətəndaşlarımızın riayət etməməsidir. Kafe və restorana gələn şəxs mütləq ora maska ilə daxil olmalıdırlar. Maska yalnız masa arxasına keçərkən çıxarıla bilər. Açıq bufetdən istifadə də qadağandır”.
R. Bayramlı nəzərə çatdırıb ki, avtobusa maska ilə daxil olmaq və əyləşən zaman sosial məsafədə gözlənilməlidir: "Taksilərdə sərnişinlər yalnız arxa yerlərdə oturmamalıdırlar. Sərnişin və sürücü maskadan istifadə etməlidir, ödəniş zamanı əl təması olmamalıdır. Hava nəqliyyatında da məsafənin 1,5-2 metr saxlanması və maskadan istifadə məcburi olacaq. Təyyarənin 80 faizə qədər dolu olması mümkün ola biləcək”.
TurpKimi.com