Zeytun yağı dedikdə ilk olaraq ağla təbii sızma zeytun yağı gəlir. Ancaq market rəflərində Riviera zeytun yağı adı ilə tez-tez qarşılaşırıq.
Bir çox adam bu yağın necə hazırlandığını və nələrdə istifadə edildiyini bilmir.
Zeytun yağının ən çox rəfinə edilmiş tipi olan Riviera həm ləzzəti, həm də çoxməqsədli istifadə edilir. Riviera tipi zeytun yağı rəfinə edildikdən sonra yüngül bir dada sahib olur. Bu dad xüsusilə isti yeməklərdə seçilir.
Riviera zeytun yağı nədir?
Riviera zeytun yağı natural zeytun yağının rəfinə edilmiş halı ilə az miqdarda natural zeytun yağının qarışdırılmasıyla əldə edilən bir zeytun yağı növüdür. Yəni bu yağ, həm rəfinə, həm də təbii yağ ehtiva edər.
Xüsusiyyətləri:
Rəfinə əməliyyatı: Qoxusuz, yüngül aromalı və daha az asitli hala gətirmək üçün zeytun yağı yüksək istilikdə və kimyəvi prosedurlarla rəfinə edilir.
Qarışıq tərkibi: Ümumiyyətlə 85-90 faiz rəfinə zeytun yağına 10-15 faiz nisbətində natural zeytun yağı əlavə olunar.
Turşuluq nisbəti: Riviera zeytun yağının sərbəst yağ turşuluğu ümumiyyətlə 1 faizdir.
Riviera zeytun yağı hansı yeməklərdə istifadə edilər?
Riviera tipi zeytun yağı tünd dadı və qoxusu olmayan bir yağdır. Bu səbəblə bəzi yemək növləri üçün olduqca idealdır:
1. Qızartmalar
İstiliyə dayanıqlı quruluşuyla ideal qızartma yağıdır.
Kartof, tərəvəz, balıq kimi qızartmalarda həm daha yüngül, həm də daha az qoxulu olur.
2. İsti yeməklər
Zeytun yağının tünd dadının istənmədiyi yeməklərdə (məsələn plov, sulu yeməklər, paxla yeməkləri) istifadə edilər.
Ləzzəti dəyişməz, yeməyin aromasını ön plana çıxardar.
3. Soba yeməkləri
Sobada bişirilən tərəvəzlər, börəklər və ətli yeməklərdə balanslı yağ variantıdır.
4. Makaronlar və souslar
Sızma zeytun yağı qədər iti olmayan dadı sayəsində sousların içində itməz, balanslı dad yaradar.
5. Yumurtalı və naharlıq reseptlər
Omlet, menəmən kimi reseptlərdə yaxşı alınır.
Riviera zeytun yağı ilə digər zeytun yağları arasındakı fərq nədir?
Sızma zeytun yağında turşuluq nisbəti 0.8-dən aşağıdır. Soyuq sıxılma üsulu ilə təbii yolla əldə edilir. Dadı tünddür. Salatlarda və çiy şəkildə istehlak edilir.
Riviera zeytun yağında isə turşuluq nisbəti 1 faizə yaxın olur. Dadı yüngüldür. Qızartma yeməklərdə istifadə edilir. Rəfinə edilmiş və təbii yağın qarışığından alınır.Tərkibi zeytun yağıdır, ancaq rəfinə edilməsi səbəbiylə polifenol və antioksidant tərkibi daha aşağıdır.
Yenə də, günəbaxan yağı kimi digər duru yağlarla müqayisədə daha sağlam bir alternativdir.
Balanslı istehlak edildikdə ürək sağlamlığına fayda qatar.
Diqqət!
Riviera zeytun yağı sızma zeytun yağı kimi birbaşa çiy istehlak edilməz.
Keyfiyyətli Riviera yağı seçərkən etibarlı markaların məhsulları seçilməlidir.
İşıq və istilikdən uzaq, sərin yerdə saxlanmalıdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com